Astaranın Şəvqo kəndinə ilk dəfə elektrik xətti çəkilib
31 avqust 2017 | 16:00
Astara rayonunun Şəvqo kəndi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşdiyindən buraya indiyədək elektrik xətti çəkilməmişdi. Əhali uzun illər işıq problemindən əziyyət çəkib.
“Azərişıq” ASC Qurban bayramı ərəfəsində 250 nəfər əhalinin yaşadığı kənddə elektrik xəttinin çəkilişini başa çatdırıb, sakinlər elektrik enerjisi ilə təmin ediliblər.
Yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi əhalinin hədsiz sevincinə səbəb olub. Kənd sakinləri Qurban bayramında onlara ikiqat sevinc bəxş edən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.