Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri Astarada olmuşdur
Böyük Britaniyanın Azərbaycan Respublikasında səfiri xanım Karol Krofts cənub bölgəsinə səfəri çərçivəsində 28 sentyabr 2017-ci il tarixdə Astara rayonunda olmuşdur.
Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşən səfir rayonun coğrafi mövqeyi, əhalisi, əhalinin məşğulluğu, sosial-iqtisadi inkişafı və kənd təsərrüfatının aparıcı sahələri barədə məlumatlandırılmış, sualları cavablandırılmışdır.
İlk dəfə cənub bölgəsinə səfər etdiyini vurğulayan səfir Karol Krofts səmimi qəbul və görüşə görə İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə razılıq etmiş, səfərin məqsədinin regionla tanışlıq olduğunu bildirmişdir.
Britaniya konsulluğunun əməkdaşlıq etdiyi Astara şəhər 2 nömrəli tam orta məktəbin ingilis dili müəlliməsi Kəmalə Nəsirova ilə görüşən səfir gənc müəllimə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Sonra Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin avtomobil və qatar yolu, Astaraçay üzərində inşa edilmiş körpü ilə və “Astaraçay” MMC-nin yeni inşa edilmiş çay fabrikində istehsal prosesi ilə tanış olmuşdur.