Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi

12 dekabr 2017 | 16:00

Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksək inkişaf ümummilli liderin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində olmuşdur. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət etmişdir.

12 dekabr tarixində Astara şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətə gələn hər bir şəxs ürəyində böyük sevgi, sonsuz məhəbbətlə bu izdihama qatılmışdı. Ulu Öndər Heydər Əliyevin anım günündə səhər saat 9.00-dan başlayaraq axın-axın şəhərin mərkəzinə gələn insanların arasında məktəblilərdən tutmuş, ən ahıl yaşlı insanlara qədər var idi.

Əvvəlcə rayon rəhbərliyi və inzibati orqanların rəhbərləri abidənin önünə tər güllər qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.

Yaşından və təmsil etdiyi ictimai təbəqədən asılı olmayaraq minlərlə astaralı Ulu Öndərin şəhər mərkəzindəki əzəmətli abidəsini ziyarət etməklə, tər gül dəstələri qoyaraq bu əvəzsiz insana məhəbbət və sədaqətlərini nümayiş etdirdilər.

Səhər saatlarından başlanan tədbir uzun müddət davam etdi və böyük insan kütləsinin Ulu Öndərin möhtəşəm abidəsini və Heydər Əliyev Mərkəzini böyük ehtiramla ziyarət etməsi ilə yaddaqalan oldu.

 

 

 

Keçidlər