Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vaqo kəndində səyyar qəbul və görüş

19 aprel 2018 | 16:00

Vaqo kəndi Siyakü inzibati ərazi dairəsinə daxil olan böyük yaşayış məntəqələrindən biridir. Burada 374 təsərrüfatda 2083 nəfər əhali yaşayır ki, onların əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır.

19 aprel 2018-ci il tarixdə rayon İcra  Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Vaqo kəndində əhali ilə görüşmüş, səyyar qəbul keçirmişdir. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov icra başçısının kəndə gəlişindən ötən müddət ərzində ərazidə xeyli tikinti, quruculuq və abadlıq işlərinin görüldüyünü diqqətə çatdırmış, bu diqqət və qayğıya görə ərazidə yaşayan çoxsaylı əhalinin minnətdarlığını ölkə rəhbərinə bildirmişdir.

İcra başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, dəfələrlə bu kənddə və qonşu kəndlərdə görüşlərimiz olmuş, əhali tərəfindən verilən təkliflərə baxılmış, qaldırılan problemlərin həllinə nail olunmuşdur. Bu görüşümüzdə də sizi narahat edən problemləri nəzərdən keçirərək, həlli yollarını birgə araşdıracağıq.

Tədbirdə çıxış edən kənd sakinləri İlhamə Abbasova, Rakif Abidinov, Rafiq Əliyev, Zaur Abbasov, Abbas Güləliyev, Səxavət Əliyev, Anjela Xayımova, Rafiq Xankişiyev və başqaları belə siyasi sabitlik şəraitində, gözəl, abad bir ölkədə yaşadıqlarına görə xoşbəxt olduqlarını bildirmişlər. Eyni zamanda istismar müddətini başa çatdırmış elektrik xətləri və dayaqların dəyişdirilməsi, ayrı-ayrı məhəllələrə qaz xəttinin çəkilməsi, kəndin tam telefonlaşdırılması, məhəllə yollarının təmiri barədə təkliflərini vermişlər.

Qəzənfər Ağayev 11 aprel Prezident seçkilərində yüksək mütəşəkilliyə və Heydər Əliyev ideyalarına, ölkəmizin işıqlı gələcəyinə, inkişafa, tərəqqiyə səs verdiklərinə görə bütün sakinlərə minnətdarlıq etmişdir. Bu düzgün seçimin müstəqil Azərbaycanı daha uğurlu sabahlara aparmaqla, xalqımızın azad, firavan yaşamasının təminatçısına çevriləcəyini inamla vurğulamışdır.

İcra başçısı daha sonra qeyd etmişdir ki, vətəndaşları dinlədikdən sonra məlum oldu ki, doğrudan da kənddə həllini tapmayan qlobal məsələlər qalmamışdır. Sevindiricidir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə gündən-günə inkişaf edən müstəqil  Azərbaycanımızın iri şəhərləri kimi qəsəbə və kəndləri də inkişaf edir, abadlaşır. Son illər Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərdə böyük sosial layihələrin uğurlu icrası göz önündədir. Ərazidə altı müasir tipli məktəb binası tikilmiş, əsas kəndarası avtomobil yolları asfaltlaşdırılmış, yeni körpülər salınmış, əksər yaşayış məntəqələri qazlaşdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, bu işlər hazırda davam etdirilir.

Cənab Prezidentin kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən rayonumuz üçün də xarakterik olan çayçılıq, çəltikçilik, sitrusçuluğun və arıçılığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi məqsədilə imzaladığı sərəncam  torpaqlardan səmərəli istifadəni təmin etməklə, bol məhsul istehsalında özünü göstərəcəkdir. Hesab edirəm ki, bu diqqət və qayğı sayəsində siz də təsərrüfat sahələrinin genişləndirilməsinə çalışacaqsınız.

 Möhkəm siyasi dayaqlar üzərində qurulan ölkəmizin iqtisadi gücü artdıqca insanlarımızın güzəranı, rifah halı da yaxşılaşır, rahat, firavan həyata qovuşurlar. Bütün bunlar ölkə rəhbəri tərəfindən ardıcıl olaraq qəbul edilən proqramlar, o cümlədən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Ölkəmizin bu günü, hərtərəfli inkişafı bizi hədsiz sevindirir. Ən müasir məktəb binaları, xəstəxanalar, diaqnostika mərkəzləri, idman kompleksləri, ictimai binalar tikilərək əhalinin istifadəsinə verilir. Parklar, xiyabanlar salınır, ən ucqar yaşayış məntəqələrinə yüksək keyfiyyətli asfalt yollar çəkilir. Son illər rayonun əksər kənd yollarının asfaltlaşdırılması, məktəb binaları, xəstəxanaların tikintisi, şəhərə içməli su xəttinin çəkilməsi, qaz və elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində aparılan ümumi işlər dediklərimizə sübutdur.

 Astara şəhərinin dənizkənarı hissəsində geniş ərazidə salınan park-bulvarda insanların asudə vaxtını səmərəli keçirməsi, istirahəti üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına hazırda park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi işi sürətlə davam edir.

Ucqar dağ kəndləri olan Deqədi-Pəlikəş, Taxtanakəran-Miki və Taxtanakəran-Toradi istiqamətində yerləşən kəndlərə mövcud olduqları tarixi ərzində ilk dəfə olaraq asfalt yollar çəkilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda Ojakəran-Tüləküvan-Təngərüd yolunun tikintisinə başlanmışdır ki, bu da həmin kəndlərin tarixində bir ilkdir. Sosial infrastrukturlar müasir dövrə uyğun qurulduqca böyük turizm potensialı olan rayonumuza xarici qonaqların və turistlərin gəlişi də çoxalır. Bunu ötən illərin müqayisəsində aydın görmək mümkündür.

Böyük inkişaf yolunda olan ölkəmizin iqtisadiyyatı gücləndikcə daha böyük layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran icra başçısı əhalini bu inkişafa daim dəstək olmağa, dövlətçiliyi qorumağa, möhkəm birliyə çağıraraq hər bir vətəndaşın ölkəmizin parlaq gələcəyi naminə ölkə Prezidenti ətrafında sıx birləşməsinin vacibliyini qeyd etmişdir.

 

Keçidlər