Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Əhali ilə görüşlər davam edir

26 aprel 2018 | 16:00

 

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə mütəmadi hal alan görüşləri rayonun şəhər, qəsəbə və kəndlərində problemlərin həllini tezləşdirməklə sakinlər tərəfindən böyük razılıqla qarşılanır.

Aprelin 26-da Deqədi kəndində keçirilən səyyar qəbul və görüşdə Şüvi kənd inzibati ərazi dairəsi nümayəndəsi Əbülfət Qüdrətov məlumat verərək bildirmişdir ki, Deqədi kəndində 120 təsərrüfat olmaqla 600 nəfər əhali yaşayır. Kənd sakinlərinin əsas məşğuliyyəti çayçılıq, sitrusçuluq, əkinçilik və heyvandarlıqdır. “Astara bağları” MMC-nin Deqədi və ona bitişik Səlivə kəndlərində 130 hektara yaxın sitrus və çayçılıq sahələri vardır. Bu təsərrüfatlarda 3 briqada təşkil olunub ki, kəndin xeyli sakini burada işlə təmin olunub. Kəndin əsas sosial problemlərinin həll edildiyini qeyd edərək əhalini narahat edən digər məsələlər barədə sakinlərin təkiliflərinin olduğunu bildirmişdır.

Kənd sakinlərindən Gülnaz Məmmədova, Zikrulla Salayev, Şairağa  Məmmədov,  Firudin Abbasov və başqaları çıxış edərək ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızda, o cümlədən Astara rayonunda sosial-iqtisadi inkişafın bütün sahələrində yüksək nailiyyətlər qazanıldığını, əhalinin rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlərin görüldüyünü diqqətə çatdırmış, geniş abadlıq və quruculuq işlərinə görə ölkə Prezidentinə dərin təşəkkür və minnətdarlığını ifadə etmişlər. Çıxış edənlər Deqədi və Səlivə kəndlərinə təbii qaz xəttinin çəkilməsi, yeni transformatorun quraşdırılması və elektrik xətlərinin təmir edilməsi, Deqədi-Şüvi kanalüstü yolun əsaslı təmiri barədə təkliflər vermişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 11 aprel Prezident seçkilərində yüksək mütəşəkilliyə və ölkəmizin işıqlı gələcəyinə, inkişafa, tərəqqiyə səs verdiklərinə görə bütün sakinlərə minnətdarlıq etmiş, bu düzgün seçimin müstəqil Azərbaycanı daha uğurlu sabahlara aparacağını əminliklə söyləmişdir.

Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti müəssisə və təçkilatların rəhbərlərinə tapşırıqlarını verərək həlli vaxt tələb edən problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçiriləcəyini iştirakçıların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, sakinləri narahat edən əsas məsələ Deqədi kəndi və qonşu kəndlərin qazlaşdırlması ilə əlaqədardır ki, bu yaxınlarda aidiyyəti qurumun nümayəndələri ərazidə olaraq layihə işləri görmüşlər. Yaxın gələcəkdə layihənin icrasına başlanacaqdır. Elektrik xətt təsərrüfatının yenilənməsi işinə rayonun bir neçə yaşayış məntəqələrində başlanmışdır ki, tədricən bu kəndin elektrikləşməsindəki problemlər də aradan qaldırılacaqdır.

İcra başçısı Deqədi kəndində  əhali ilə görüşdə iştirak etdiyinə görə məmnunluğunu ifadə edərək bildirdi ki, rayonda aparılan quruculuq-abadlıq işlərindən ən çox faydalanan kəndlərdən biri də Deqədi kəndidir. 2015-ci ildə möhtərəm Prezidentimizin iştirakı və xeyir-duası ilə Deqədi-Pəlikəş avtomobil yolunun istifadəyə verilməsi kənddə böyük inkişaf və irəliləyiş müşahidə olunur. Ötən il yerli camaatın yaxından iştirakı ilə Deqədi-Səlivə avtomobil yolu əsaslı təmir olunaraq istifadəyə verilmişdir. “Astara bağları” MMC-nin yaratdığı geniş çay və sitrus bağlarında xeyli kənd sakini üçün daimi iş yeri yaranmışdır. Kənd sakinlərinin zəhmətsevər və işgüzardırlığı,  torpaq sahələrindən səmərəli istifadə etmək üçün var qüvvələrini sərf etməsi məni çox sevindirir. Qarşıdakı illərdə əkin sahələrinin genişləndirilməsinə diqqət daha da artırılmalıdır. Bunun üçün dövlətimizdə hər cür şərait vardır. Cənab Prezidentin aqrar sahənin inkişafı ilə əlaqədar imzaladığı sərəncamlar dediklərimizə bariz nümunədir. Rayonumuz aqrar rayon olduğundan vətəndaşlarımızın bu imkanlardan bəhrələnməsi üçün geniş imkanlar açılır.

İcra başçısı sosial problemlərin həllini ölkəmizin günbəgün artan iqtisadi gücü ilə əlaqələndirmişdir. Müstəqil dövlətimizin bu günkü inkişafı üçün xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə o cümlədən rayonumuzda aparılan tikinti-quruculuq işləri – müasir tipli məktəb binalarının tikilib istifadəyə verilməsi, dağ kəndlərinə  asfalt yolların çəkilməsi, yaraşıqlı park və xiyabanların salınması və digər işlər ölkə başçısının öz əhalisinə göstərdiyi hədsiz qayğı və diqqətin təzahürüdür. Bütün bunlara görə möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. 

Sonda İcra başçısı Deqədi kənd ümumi orta məktəbində tədrisin vəziyyəti ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.

 

 

 

 

 

 

 

Keçidlər