Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-qyu Astarada

15 may 2018 | 16:00

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-qyu cənub bölgəsinə səfəri çərçivəsində mayın 15-də Astara rayonunda olmuşdur.

Astara rayon İcra hakimiyyətində keçirilən görüşdə icra başçısı Qəzənfər Ağayev rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat vermişdir.

Asiya-Avropa ölkələrini birləşdirən “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlığın faydalı olacağını vurğulamışlar.  Eyni zamanda rayonun gələcək sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılmışdır.

Səfir müstəqillik qazandığı qısa müddət ərzində Azərbaycan Respublikasının sürətli inkişafını yüksək qiymətləndirərək, əlverişli coğrafi mövqeyə, zəngin təbii resurlara malik ölkənin bundan sonra daha da irəli gedəcəyinin şübhə doğurmadığını vurğulamışdır. Ölkənin cənub rayonu olan Astarada aparılan abadlıq işləri şəhərin, bütövlükdə rayonun gözəlliyini daha da artırmışdır. Bir turizm məkanı kimi tarixi və təbiət abidələri ilə zəngin olan rayona subtropik və sitrus meyvə bağları, çay plantasiyaları xüsusi yaraşıq verir.

İcra başçısı müstəqilliyi möhkəm təməl üzərində qurulan Azərbaycanın sürətli inkişafının xalq-iqtidar birliyindən qaynaqlandığını səfirin diqqətinə çatdırmış, respublikanın və rayonun inkişaf göstəriciləri haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, ölkələr arasında qurulan mədəni-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, xalqları bir birinə yaxınlaşdırmaqla hər iki ölkəyə və ölkə vətəndaşlarına böyük fayda verər.

Səfir “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil yoluna, Astara stansiyasından İran sərhəddinə qədər olan dəmir yolu xəttinə və Astara çayı üzərində inşa edilən dəmir yolu körpüsünə baxış keçirmiş, Xəzər dənizi sahilində salınmış və genişləndirilməkdə olan park-bulvar kompleksi, “Astaraçay” MMC-nin çay emalı zavodu və rayonun füsunkar təbiəti ilə tanış olmuşdur.

 

 

Keçidlər