Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sipiyaəlfətik kəndində səyyar qəbul və görüş

31 may 2018 | 16:00

Kijəbə qəsəbəsinin ucqar dağ kəndlərindən olan Sipiyaəlfətik kənd əhalisinin əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və əkinçilikdir. Sipiyaəlfətik  kəndində mayın 31-də rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. 

Kənd sakinlərindən Şəfi Qasımov, Xalıq Əmənullayev, Bahadin Əliyev, Mirbaba Ağayev, İlyas Baxşıyev və başqaları çıxış edərək respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər çəkilən asfalt yolların, tikilən təhsil-səhiyyə müəssisələrinin, salınan istirahət parkları və körpülərin, digər işlərin uğurla aparılmasından hədsiz razılıqla söhbət açmışlar. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına, qonşu Şəmətük kəndində Pensərçay üzərində körpünün tikintisinə  görə İcra başçısına razılıqlarını bildirmişlər. Görülən işlərlə yanaşı kəndə suvarma suyun çəkilişi, elektrik dirəklərinin dəyişdirilməsi barədə təkliflər  vermişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamalayaraq qeyd etmişdir ki, uzun müddət həsrətində olduqları, ətraf kəndlərin bir-biri və rayon mərkəzi ilə əlaqəsini təmin edən  dairəvi yolun tikintisi doğrudan da sevindiricidir. Sabitlik şəraitində yaşayan müstəqil Azərbaycan Respublikasında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Bu inkişafı rayonumuzun və Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin timsalında aydın şəkildə görürük. Son illər nümayəndəlikdə görülən işlər kifayət qədərdir. Qəsəbə mərkəzinin abadlaşdırıldığını, Bayraq meydanı və istirahət parkının salındığını, Tüləküvan, Qəcimardə, Burzubənd, Ovala kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, Kijəbə qəsəbə tam orta məktəbinin və qəsəbə sahə xəstəxanasının əsaslı təmir olunduğunu,  yolların asfaltlaşdırıldığını, əksər kəndlərə qaz xəttinin çəkildiyini, yeni körpülərin tikildiyini və digər abadlıq işlərinin görüldüyünü diqqətə çatdırmışdır. Hazırda 11 km uzunluğu olan Ojakəran-Tüləküvan-Təngərüd dairəvi avtomobil yolunun tikintisi aparılır ki, heç vaxt mövcud olmayan bu yoldan minlərlə insan istifadə edəcəkdir.

Dünyanın inkişaf etmiş ölkələrində də ucqar yaşayış mənntəqələrində belə infrastrukturların olmadığını xatırladan İcra başçısı bunların müstəqil dövlətimizin güclü iqtisadiyyatı sayəsində reallaşdığını bildirmişdir. Qeyd etmişdir ki, təkcə böyük kəndlər deyil, rayonumuzun ən ucqar yaşayış məntəqələrində belə quruculuq və abadlıq işlərinin aparılması sabitliyin, əmin-amanlığın hökm sürdüyü ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir.  

İcra başçısı qeyd etmişdir ki, rayonumuzun səfalı guşələrindən biri olan Sipiyaəlfətik kəndində turizmin inkişafı üçün əlverişli şərait vardır. Ölkəmizin əsas avtomobil yollarından biri olan Ələt-Astara avtomobil yolunun istifadəyə verilməsi ilə bölgəmizə turist axını xeyli artacaqdır. Ona görə də bu sahənin inkişafına hamımız səy göstərməliyik.

Bütün görülən işlərin xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə bəxş etdiyi əmin-amanlıq və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi oduğunu qeyd edən İcra başçısı, gələcəkdə Azərbaycanın daha güclü olacağını əminliklə söyləmişdir.

Kəndin elektrik xətt təsərrüfatının köhnə olması haqqında məlumatım vardır. Bu təsərrüfatın rayonumuzda bütövlükdə yeniləşməsinə artıq başlanmışdır. Buna baxmayaraq cari təmir işləri aparılmaqla əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatına nail olmuşuq. Kəndə suvarma suyunun çəkilişi üçün aidiyyəti qurumların  imkanlarından səmərəli istifadə edilməlidir. Burada icma fəaliyyət göstərir. Qısa müddətdə əraziyə suvarma suyu çəkiləcəkdir. Kənd sakinlərin qüvvəsi səfərbərliyə alınmalı, birgə fəaliyyət göstərilməlidir. Bu işdə biz də öz köməkliyimizi göstərəcəyik.

İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan icra başçısı bu işlərdə hər zaman ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.         

 

Keçidlər