Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rinə kəndində səyyar qəbul və görüş keçirilmişdir

24 avqust 2018 | 16:00

Avqustun 24-də Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku inzibati ərazi dairəsi üzrə nümayandəliyinin Rinə kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamlayaraq dəfələrlə bu kənddə və qonşu kəndlərdə sakinlərlə görüşdüyünü, əhali tərəfindən verilən təkliflərə baxıldığını, qaldırılan problemlərin həllinə köməklik göstərildiyini bildirmişdir. Bu görüşdə də əhalini narahat edən problemləri nəzərdən keçirərək, həlli yollarının araşdırılacağını diqqətə çatdırmış, sakinləri dinləmişdir.

Kənd sakinlərindən Elçin Nəcəfov, Hətəməli Şəfəqqətov, Nəriman İbrahimov, Mirzəhəsən Mirzəyev, Teymur Babayev, Akif İskəndərov, Əsədulla Hacıyev, Nəriman Kəkəyev, Rəfael Xalıqov və başqaları çıxış edərək icra başçısı Qəzənfər Ağayevə Rinə kəndinə növbəti dəfə gəldiyinə və əhali ilə səmimi görüş keçirdiyinə görə razılıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkədə sosial məsələlər həllini tapdıqca insanların rifah halı gündən-günə yaxşılaşır. Biz bunu gündəlik həyatımızda açıq-aşkar hiss edirik. Kəndlərə rahat asfalt yolların çəkilməsi, hazlırda kəndimizə təbii qaz xəttinin çəkilməsi burada yaşayan əhalinin böyük sevincinə səbəb olmuşdur.  Bu rahatlığa görə bütün sakinlər adından cənab Prezidentimizə hədsiz minnətdarlığımızı bildiririk.

Tədbir iştirakçıları Rinə və ona qonşu kəndlərdə əlavə elektrik transformatoruna olan ehtiyac, Pensər-Toradi avtomobil yolu üzərində olan körpünün əsaslı təmiri, Taxtanakəran kəndinə təbii qazın verilməsi barədə təkliflər səsləndirmişlər.  

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti üzrə tapşırıqlarını vermiş, bildirmişdir ki, son illər Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərdə böyük sosial layihələrin uğurlu icrası göz önündədir. Ərazidə bütün məktəblər müasir tipdə tikilmiş, əsas kəndarası avtomobil yolları asfaltlaşdırılmış, əksər yaşayış məntəqələri qazlaşdırılmış, yaşadığınız Rinə kəndinə təbii qaz xəttinin çəkilməsinə başlanmışdır.

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri, mühüm layihələr barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ölkənin iqtisadi inkişafı gücləndikcə yeni yolların, məktəblərin, xəstəxana və sosial obyektlərinin tikintisi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminatla bağlı layihələr uğurla icra olunur. Son illər rayonumuzun ən ucqar dağ kəndləri də daxil olmaqla əsas yaşayış məntəqələrinin yollarının əsaslı şəkildə yenidən qurulması, əksər qəsəbə və kəndlərin qazlaşdırılması buna misaldır.

Ucqar dağ kəndləri olan Miki və Toradi istiqamətində çəkilən asfalt yollar bu kənddən başlanır. Artıq əhalinin istifadəsinə verilən bu yollar bütün dağla aran zonasını birləşdirir. Rayonun yol infrastrukturunda daha bir yenilik Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi oldu ki, burada da işlər başa çatdırılmışdır.

Hazırda Astara şəhərinə içməli su xəttinin çəkilişi, park-bulvar ərazisinin genişləndirilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. Bütün bunlara görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab  İlham Əliyevə minnətdar olmalıyıq.

Aqrar sektorun inkişafı ilə əlaqədar qeyd etməliyəm ki, möhtərəm Prezidentin kənd təsərrüfatı sahələrinin inkişafına böyük dəstəyi vardır. Bundan bəhrələnərək kənd təsərrüfatının bu ərazi üçün əlverişli olan sitrusçuluq, heyvandarlıq, arıçılıq sahələrinin inkişafına diqqət artırılmalıdır. Bununla əlaqədar tərəfimizdən mümkün olan bütün köməkliklər göstəriləcəkdir.

 

 

 

 

 

 

Keçidlər