Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Züngüləş kəndində səyyar qəbul və görüş keçirilmişdir

31 avqust 2018 | 16:00

 Avqustun 31-də Səncərədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züngüləş kəndində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin səyyar qəbulu və görüşü keçirilmişdir. 180 təsərrüfatı olan kənddə 800 nəfərə qədər əhali yaşayır ki, onların əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır.

Ucqar ərazidə yerləşməsinə baxmayaraq əvvəllki illərdə keçirilən səyyar görüşlərdə əhalinin qaldırdığı problemlərin həlli ilə əlaqədar rayon rəhbərliyi tərəfindən görülən konkret tədbirlər səmərəsini vermişdir. Kəndin əsas yolunun bir neçə il əvvəl əsaslı təmir edilməsi, kəndə təbii qazın verilməsi sakinlərin rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərmişdir. İcra başçısı bunları qeyd edərək sakinləri narahat edən məsələləri dinləmək, həllinə köməklik etmək üçün növbəti dəfə görüşə gəldiyini bildirmişdir.

 Züngüləş kənd sakinlərindən Sovqatulla Nəcəfov, Barat İmaməliyev, Şərəfnisa Novruzova, Zöhrab İbrahimov, Hacırza İmaməliyev, Sədail Həbibov, Rövşən Mustafayev, Cavid Fərəcov, Həcər İbrahimova, Emin Eyvazov və başqaları çıxış edərək ucqar ərazidə yerləşən yaşayış məntəqəsinin sakinləri ilə görüşə gəldiyinə görə icra başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Astara rayonunda da geniş abadlıq və quruculuq işləri aparılır. Çıxış edənlər son aylarda rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrində görülən işləri yüksək qiymətləndirmiş və bütün bunlara görə Ulu Öndər  Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevə ən xoş arzularını ifadə etmişlər.

Bununla yanaşı kəndə telefon xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, kiçik həcmli elektrik transformatorlarının daha böyük transformatorlarla əvəz edilməsi, pay torpaqlarının yerinin dəqiqləşdirilməsi, Züngüləş kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi, Bəndəsər yaşayış məntəqəsinə qədər ictimai nəqliyyat marşrutunun açılması, kəndin içməli su probleminin həllinə köməklik göstərilməsi barədə təkliflər irəli sürmüşlər.

 Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlərdən razılığını bildirmiş, sadalanan problemlərin həlli istiqamətində konkret tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. İcra başçısı ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimizin müdrik rəhbərliyi ilə respublikamızın sürətli inkişafından, bütün dünyada Azərbaycanı tanıdan və nüfuzunu qaldıran misilsiz fəaliyyətindən  söhbət açmışdır. Dövlət başçımızın müstəqil Azərbaycanın çiçəklənməsi üçün  mümkün olan bütün tədbirləri həyata keçirdiyini qeyd edən İcra başçısı, cənab Prezidentin rayonumuzun inkişafı və sosial layihələrin icrası,  xüsusən, ucqar dağ kəndlərinin avtomobil yollarının tikintisi, Astara şəhəri və ətraf yaşayış məntəqələrinin içməli su probleminin həlli, dəniz sahilində insanların mədəni istirahəti üçün park-bulvar kompleksinin tikintisinə vəsait ayırmasını astaralılara böyük diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulamış, rayonun bütün sakinləri adından bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmişdir.

Bu yaxınlarda ən əhəmiyyətli hadisələrdən biri də Ələt-Astara avtomobil yolunun açılışı olacaqdır. Bununla da əhalinin Bakı şəhərinə və digər bölgələrə gediş-gəlişi asnlaşmaqla, bölgəmizə turistlərin və xarici qonaqların gəlişi xeyli artacaqdır.

İcra başçısı bildirmişdir ki, gözəl təbiətə və müalicəvi termal sulara malik bu ərazinin əsas problemi müasir standartlara cavab verən avtomobil yolunun olmamasıdır. Bu barədə aidiyyəti üzrə müraciətimiz müsbət qarşılanmışdır. Yollar asfaltlaşdırılandan sonra bu əraziyə investorların marağı da artacaq. Burada turizm obyektlərinin salınması rayonun inkişafı ilə yanaşı, yerli sakinlərin dolanışığına müsbət təsirini göstərəcəkdir. Sakinlər təsərrüfatlarında istehsal etdikləri məhsulları asanlıqla realizə edə bilərlər. Bunlar hamısı dövlətimizin marağındadır. 

Nümayəndəliyin ərazisində Səncərədi kəndində yeni tikilən uşaq bağçasının yaxın zamanlarda istifadəyə veriləcəyini eyd edərək icra başçısı bütün bu işlərin əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən mühüm dövlət tədbirlərinin tərkib hissəsi olduğunu, gələcəkdə də bu kimi sosial layihələrin davam edəcəyini diqqətə çatdırmışdır.

 

 

 

Keçidlər