Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Qapıçıməhəllə kəndində səyyar qəbul və görüş keçirilmişdir

01 oktyabr 2018 | 16:00

Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Qapıçıməhəllə kəndində 700 nəfərə qədər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti çəltikçilik, sitrusçuluq, əkinçilik və heyvandarlıqdır.

Oktyabrın 1-də Qapıçıməhəllə kəndində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin keçirdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq sakinlərlə görüşüb onları dinləmək, kəndin problemləri ilə tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəldiyini diqqətə çatdırmışdır. Ötən ilin payız mövsümündə aramsız yağan yağışlar nəticəsində Astaraçayın daşması ilə kəndin sel təhlükəsi ilə üzləşdiyi zaman sakinlərə, göstərdikləri şücaətə və birliyə görə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, çayda sahilbərkitmənin aparılmasının vacibliyi barədə aidiyyəti üzrə müraciət olunmuş, bu iş müsbət həllini tapacaqdır.  

Görüşdə kənd sakinləri Aydın Məcidov, İbrahim Vəliyev, Salam Quliyev, Vaqif Vahabov, Eynulla Qulamov, Gülnarə Məcidova və başqaları rayonda və ərazi nümayəndəliyində görülən abadlıq-quruculuq işlərinə görə icra başçısına minnətdarlıq etmiş, dövlətin qayğısını daim hiss elədiklərini, həyata keçirilən sosial layihələrlə yaşayışlarının gündən-günə yaxşılaşdığını bildirərək Respublika Prezidenti möhtərəm cənab İlham Əliyevə hörmət və ehtiramlarını bildirmişlər.

Çıxış edənlər Astaraçayda sahilbərkitmə işinin aparılması, yeni inşa edilmiş evlərə qaz xəttinin çəkilməsi, pay torpaqlarına gedən yolların zəbt edilməsi, Qapıçıməhəllə kənd tam orta məktəbi üçün yeni binanın tikinisi, elektrik transformatorunun daha güclüsü ilə əvəz edilməsi, vaxtı keçmiş elektrik dirəklərinin dəyişdirilməsi və digər məsələlər barədə təkliflərini vermişlər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin bəzilərinin həlli barədə müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həlli yollarının araşdırılacağını bildirmişdir.

İcra başçısı kənddaxili yolların bələdiyyələrin təmir etməli olduğunu bildirrmişdir. Buna baxmayaraq biz də köməkliyimizi edəcəyik. Pay torpaqlarına gedən yollar çəpərə alınıbsa aralarınızda razılaşaraq bu yolları açmalısınız. Yəqin ki, ərazi nümayəndəsi, bələdiyyə və ziyalıların müdaxiləsi ilə  bu məsələnin həllinə nail olacaqsınız.

Məktəb tikintisi ilə əlaqədar onu deməliyəm ki, ölkədə və rayonumuzda bu istiqamətdə böyük işlər görülür. Elə rayonumuzda 40-a qədər yeni məktəb binası tikilib istifadəyə verilibdir. Ancaq hazırda ilk növbədə qəzalı məktəblərin tikintisinə üstünlük verilir. Şübhəsiz ki, bu belə də olmalıdır. Sizin məktəbə baxanda tikintisinə daha çox ehtiyac olan məktəblərimiz var. Onlardan biri də Burzubənd kənd tam orta məktəbidir ki, hazırda yeni binanın tikintisinə başlanmışdır. Yaxın gələcəkdə bu kənddə də yeni məktəb binası inşa olunacaq.

Kənddə son illər insanların torpağa qayıdışı bizi sevindirir. Zəhmətkeşliyiniz, ildən-ilə əkin sahələrinin artması çox yaxşıdır. Amma boş qalan torpaqlarımız hələ də var. Çalışmalısınız ki, bütün torpaqlar təyinatı üzrə istifadəytə qaytarılsın. Çünki torpaqlar uzun müddət əkilməyəndə cəngəlliyə çevrilir, tədricən münbitliyini itirir.

Qeyd etdiniz ki, Astaramız son illər sürətlə inkişaf edir, gözəlləşir. Bu doğrudan da belədir. Cənab Prezidentin diqqət və qayğısıyla həyata keçirilən böyük layihələr insanların həyatına rahatlıq gətirmək üçündür. Yeni məktəb binaları tikilmiş, mərkəzi xəstəxananın hər iki korpusu əsaslı təmir edilmiş, yüz kilometrdən artıq avtomobil yolu asfaltlaşdırılmış, qazlaşma 85 %-ə çatdırılmış, əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsi təmin edilmişdir. Quruculuq-abadlıq işləri gündən-günə geniş vüsət alır.

Bir neçə gün əvvəl möhtərəm cənab Prezident İlham Əliyev Ələt-Astara avtomobil yolunun açılışını etdi. Bununla da sakinlərimiz Bakı şəhərinə daha rahat və təhlükəsiz gedə biləcəklər.

Yaxın günlərdə Xanbulançaydan Astara şəhərinə çəkilmiş içməli su və yüksək səviyyədə tikilən park-bulvar kompleksinin ikinci hissəsi istifadəyə veriləcəkdir. Bu hədsiz diqqət və qayğıya görə rayonumuzun hər bir sakini adından cənab Prezidentə minnətdarlıq edirik.

Ölkəmizdə əmin-amanlıq, sabitlik, inkişaf var. Cənab Prezidentin apardığı məqsədyönlü siyasətlə dünya dövlətlərinin ölkəmizə qarşı rəğbəti getdikcə artır. Beynəlxalq əlaqələr güclənir. Bunun nəticəsidir ki, ölkəmizdə ardıcıl olaraq beynəlxalq tədbirlər təşkil olunaraq yüksək səviyyədə keçirilir. Biz bununla fəxr edir, qürur duyuruq. 

Sizi əmin edirəm ki, Ulu Öndər siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək səyləri nəticəsində möhkəm təməllər üzərində qurulan müstəqil dövlətimiz bundan sonra daha da inkişaf edərək böyük nailiyyətlər qazanacaqdır.

 

 

 

Keçidlər