Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dövlət Bayrağı günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir

08 noyabr 2018 | 16:00

8 noyabr 2018-ci il tarixdə Astara şəhərinin dənizkənarı Park-bulvar Kompleksində 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Rayon ictimaiyyətinin iştirak etdiyi tədbirə yığışanlar Park-bulvar Kompleksinin girişindən bayraq yürüşünə başlamış, Dövlət Bayrağının ucaldıldığı meydana toplaşmışlar. Tədbiri rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u ölkəmizdə hər il Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında”  2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2007-ci il dekabrın 30-da Bayıl qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən  Dövlət Bayrağı Meydanının təməli  qoyulmuş, 2010-cu il sentyabrın 1-də təntənəli açılışı olmuşdur. Bu meydanda dalğalanan Azərbaycan Bayrağı dünyada ən böyük və ən uca bayraqdır.  

Bu gün Azərbaycan bayrağının dünyanın mötəbər beynəlxalq təşkilatlarının iqamətgahlarında əzəmətlə dalğalanması müstəqil dövlətimizin böyük tarixi nailiyyətidir. Hər bir Azərbaycan vətəndaşı bununla qürur duyur, iftixar hissi keçirir.   

Astara rayonunda əzəmətli dövlət bayrağının ucaldıldığı Bayraq Meydanlarının hər birinin açılışında ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirak etdiyini qeyd edən aparıcı bunun əlamətdar hadisə kimi heç vaxt unudulmayacağını və astaralıalrın bununla qürur duyduğunu diqqətə çatdırmışdır.

İnanırıq ki, ölkə rəhbərinin apardığı məqsədyönlü siyasətlə tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Sülh yolu ilə torpaqlarımızın işğalına son qoyulmayacağı halda, Ali Baş Komandanın əmri ilə hər an düşmənə qətiyyətli zərbə endirməyə hazır olan rəşadətli Azərbaycan ordusunun gücü ilə torpaqlarımız azad edilərək dövlət bayrağımız bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən işğal altında olan Dağlıq Qarabağda dalğalanacaqdır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon tədbiri konsert proqramı ilə davam etmişdir.

Keçidlər