Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

9 may Qələbə günü Astara rayonunda da təntənə ilə qeyd olundu

10 may 2012 | 15:00

1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 67-ci ildönümü ilə əlaqədar Astara rayonunda geniş tədbirlər keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev 9 may 2012-ci il tarixdə Böyük Vətən Müharibəsi iştirakçılarından bir qrupu ilə görüşmüş, onlarla söhbət etmişdir.
Sonra cənab Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gəlmiş, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünyadovun, Mirzə Cəbiyevin, İlya Koverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, Sosialist Əməyi Qəhrəmanı Böyükxanım Əliyevanın üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri, M.Cəbiyev və İ.Koverinin məzarları önünə, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş astaralı şəhidlərin xatirə lövhələrinin qarşısına əklil və gül dəstələri qoymuşlar.
Ziyarət başa çatdıqdan sonra müharibə veteranları onlar üçün hazırlanmış şirniyyat stolu ətrafında rayon rəhbərləri və xidmət təşkilatlarının nümayəndələri ilə söhbət etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev faşizm üzərində qələbənin 67-ci ildönümü münasibəti ilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir.
Rayon veteranlar Şurasının sədri Rafiq Əliyev, veteranlardan Məmmədşah Quliyev, İsaq Ramazanov və başqaları çıxış edərək müharibə iştirakçılarına göstərilən dövlət qayğısından razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə imzaladığı Sərəncama əsasən müharibə iştirakçılarına birdəfəlik yardım ayrılmasına görə minnətdarlıqlarını söyləmişlər.
 

Keçidlər