Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara şəhərinin Giləkəran ərazisində səyyar qəbul və görüş keçirilmişdir

27 dekabr 2018 | 16:00

Astara şəhərinin Giləkəran ərazisində rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sakinlərlə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə keçirilən səyyar qəbul və görüşlər artıq ənənə halını almışdır. Bura şəhər ərazisi olduğundan sizinlə icra hakimiyyətində qəbul günlərində görüşlərimiz tez-tez olur. Ancaq bu gün yaşadığınız ərazinin problemləri ilə yerində tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəlmişik. Keçən ay şəhərin Kələdəhnə ərazisində görüşmüşdük. Bu gün də burada, Giləkəranda görüşürük. Buyurun sizi dinləyirik.  

Sakinlərdən Mircəfər Babazadə, Natiq Əbilov, Səfərəli Teymurzadə, Fərmail Məmmədov, Əli Əliyev, Məhəmməd Mirzəyev, Himmətəli Hüseynov, Aydın Cümşüdov və başqaları çıxış edərək onlarla görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq etmişlər. Ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini, belə abad, azad bir ölkənin sakinləri olmaqlarından qürur duyduqlarını bildirmiş, aparılan çoxsaylı quruculuq-abadlıq işlərinə görə Prezident cənab İlham Əliyevə hədsiz sevgilərini bildirmişlər.

Çıxış edənlər Giləkəran mədəniyyət evinin bərpası, Şəhər 4 saylı tam orta məktəbə gedən yolun təmiri, elektrik transformatorunun daha yüksək gərginlikli transformatorla əvəz edilməsi, suötürücü kanalların təmizlənməsi, ərazidə bankomatın yerləşdirilməsi və digər məsələlər barədə təkliflərini vermişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan müəyyən məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir. Qeyd etmişdir ki, əslində rayonumuzun bütün yaşayış məntəqələrinin  problemləri bizə bəllidir. Amma əhali ilə görüşmək, onları narahat edən məsələlərlə yerində tanış olub həlli yollarını birgə axtarmaq daha məqsədəuyğundur.

Qeyd edim ki, Respublikada və rayonumuzda aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir.  Ölkəmiz sürətlə inkişaf edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin səyləri sayəsində ölkəmiz dünyada islahatçı ölkə kimi tanınır. Əsas odur ki, xalqımız bizə firavanlıq, sabitlik bəxş edən rəhbər ətrafında sıx birləşmişdir. Xalqla rəhbərin birliyindən yaranan inkişaf, tərəqqi isə əbədidir.

Yola salmağa hazırlaşdığımız 2018-ci il bütövlükdə respublikamızda olduğu kimi rayonumuz üçün də uğurlu illərdən biri kimi yadda qalacaqdır. Rayonumuzda abadlıq, tikinti-quruculuq işləri davam etdirilmiş, ən ucqar dağ kəndləri də daxil olmaqla qəsəbə və kəndlərin yolları asfaltlaşdırılmış, yaşayış məntəqələrinin əksəriyyəti qazlaşdırılmış, bu istiqamətdə işlər davam edir. İstifadəyə verilən Ələt-Astara avtomobil yolu Bakı şəhəri ilə  məsafəni kifayət qədər qısaltmaqla, daha tez, rahat və təhlükəsiz gedişi təmin edir. Xanbulançaydan Astara şəhərinə içməli su xətti çəkilmiş, şəhərin dənizsahili hissəsində ən müasir səviyyədə tikilən park-bulvar kompleksi bütövlükdə istifadəyə verilmişdir. Bütün bunlar sizin güzəranınızın yaxşılaşdırılmasına, rahatlığınızın təmin edilməsinə xidmət edir. Qarşıdakı illərdə də insanların sosial rifahının yaxşılaşdırılması sahəsində işlər davam edəcəkdir.

Giləkəran ərazisində də təklifləriniz əsasında bir çox mühüm məsələlər həllini tapmış, bundan sonra da təkcə burada deyil, rayonun bütün yaşayış məntəqələrində müraciətlərinizin müsbət həll olunmasından ötrü bütün imkanlardan istifadə edəcəyik. Bir daha qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramları münasibəti ilə sizi təbrik edir, hər birinizə xoşbəxtlik, can sağlığı, dövlətimizə əmin-amanlıq və sülh arzulayıram. 

 

Keçidlər