Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunun Kakalos kəndində ümummilli lider Heydər Əliyevin büstünün açılışı olmuşdur

10 may 2012 | 15:00

Mayın 9-da Astara rayonunun Kakalos kəndində ümummilli lider Heydər Əliyev adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin büstünün açılışı olmuşdur.
Rayon ictimaiyyəti nümayəndələrinin, kənd sakinlərinin iştirak etdiyi mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev abidənin önündən ağ örtüyü götürmüş, sakinləri əlamədar hadisə münasibətilə təbrik etmişdir.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, ərazi icra nümayəndəsi Nəsib Əkbərov, kənd bələdiyyəsinin sədri Bəhram Əliyev, “Tərəqqi” medallı, “Əvəsor” folklor kollektivinin rəhbəri Fərbiyyə Şabanova, əmək veteranı Əlikişi Əliyev ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən, ulu öndərin Astara rayonuna tarixi səfərlərindən danışmış, böyük rəhbərlə bağlı xatirələri yada salmışlar.
Kakalos kənd mədəniyyət evinin “Əvəsor” folklor kollektivi mərasimdə konsert proqramı ilə çıxış etmişdir.
 

Keçidlər