Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon İcra hakimiyyətinin başçısı “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın astaralı iştirakçıları ilə görüşüb

14 mart 2019 | 16:00
 

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti iştirakçıları olacaq məktəblilərlə görüşmüşdür.

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya  2014-cü ildən  start verildiyini bildirmişdir. 

Qeyd etmişdir ki, hər turda IX-XI siniflərdə oxuyan 40 nəfər şagirdimiz bu layihədən yararlanır. İndiyə qədər rayonumuzdan 400 nəfərdən çox təhsildə, idman və incəsənətdə fərqlənən, nümunəvi məktəbli bu layihənin iştirakçısı olmuşdur. Tur-aksiya gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

Dörd gün ərzində siz getdiyiniz şəhər və rayonlarda gündən-günə inkişaf edən müstəqil dövlətimizin uğurları, tarixi, mədəniyyəti, zəngin təbiəti ilə tanış olacaqsınız. Bu dəfə marşrut Quba-Qusar-Xaçmaz istiqamətindədir.

Siz həmçinin ümummilli lider Heydәr Әliyevin siyasi xətti ilə dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olacaqsınız.

İcra başçısı belə bir möhtəşəm tur-aksiyanın təşkilinə, gənc nəslə göstərilən dövlət qayğısına, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə Prezident möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmişdir.

Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov, müəllim Cəfərli Rufanə, valideyn Aynur Mədətova, Seləkəran kənd ümumi orta məktəbin IX sinif şagirdi Türkan Əhmədova, şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi, tur-aksiyanın keçən dəfə iştirakçısı olmuş Fatimə Həmidzadə çıxış edərək yüksək inkişaf yolunda olan, gündən-günə gözəlləşən müstəqil Azərbaycanın şəhər və rayonları ilə tanış olmaq imkanı yaratdığına görə möhtərəm cənab Prezidentə sonsuz məhəbbət və ehtiramlarını bildirmişlər.

Sonda xatirə şəkli çəkilmişdir.

Keçidlər