Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri Astarada

09 aprel 2019 | 16:00

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri olan Agentliyin Qlobal İnkişaf Laboratoriyasının icraçı direktoru Harry Bader, Azərbaycan Missiyasının direktoru Jay Sindh, İnkişaf mütəxəssisi Erin Garnett və Layihə meneceri Emin Məmmədli aprelin 9-da Astara rayonunda olmuşlar.

Astara rayon İcra hakimiyyətində keçirilən görüşdə icra başçısı Qəzənfər Ağayev rayon haqqında qonaqları məlumatlandırmış, iqtisadiyyat, sosial-iqtisadi inkişafı və əhalinin məşğulluğu barədə ətraflı məlumat vermişdir. Son illər həyata keçirilən layihələrlə bütün ölkədə olduğu kimi Astarada da çoxlu quruculuq-abadlıq işlərinin aparıldığını, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, subtropik iqlim qurşağında yerləşən rayonumuzda subtropik meyvələri və sitrusçuluğun inkişaf etdirilməsi üçün hər cür şərait vardır. Aqrar rayon olan Astarada yeni texnologiyanın tətbiq edilməsi ilə nümunəvi təsərrüfatların yaradılmasına yerli sahibkarların böyük marağı vardır. Ona görə də bu və digər sahədə əməkdaşlıq niyyətlərinizi yüksək dəyərləndirir və hər cür dəstək olmağa hazırıq.

Agentliyin kənd icması ilə birlikdə  Motlayataq kəndində müasir tipli həkim məntəqəsinin tikintisinə, Tüləküvan-Qəcimardə kənd icması ilə birlikdə 2 kilometrlik suvarma su xəttinin və su anbarının əsaslı təmirinə başlanmasını alqışlayırıq.

Ölkələr arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinin ümumi faydalarını qeyd edən tərəflər özəl sektorun inkişafı sahəsində əməkdaşlığın faydalı olacağını vurğulamışlar.  Eyni zamanda rayonun gələcək sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılmışdır.

Qonaq Azərbaycan Respublikasının sürətli inkişafını yüksək qiymətləndirərək, kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə rəqəmsal texnologiyanın kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqində maraqlı olduqlarını bildirmişdir.

İcra başçısı qeyd etmişdir ki, ölkələr arasında qurulan mədəni-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, xalqları bir-birinə yaxınlaşdırmaqla hər iki ölkəyə və vətəndaşlara böyük fayda verər.

Qonaqlar Qəcimardə kəndində su borularının bərpası ilə bağlı layihə əsasında görülən işlərlə tanış olmuş. Maşxan kəndində kivi bağını gəzmişlər.

 

 

Keçidlər