Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar tanınmış musiqiçilər konsert proqramı ilə çıxış etmişlər

11 may 2012 | 15:00

Astara rayon icra hakimiyyətində təsdiq olunmuş tədbirlər planı və tərtib edilmiş qrafikə uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar rayonun ərazi nümayəndələri, idarə, müəssisə və təşkilatlarda keçirilən silsilə tədbirlər mayın 9-da Kakalos kəndində Ulu Öndərin adına olan mədəniyyət və istirahət parkında büstün açılışı, ayın 10-da rayon mərkəzində rəngarəng tədbirlərlə davam etmişdir.
Tədbir iştirakçıları ümummilli liderin abidəsi önünə əklillər və gül dəstələri düzmüş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və şərəfli ömür yolunu əks etdirən eksponatlar və foto-şəkillərlə tanış olmuş, Heydər Əliyev adına olan parkda sərgilənmiş ənənəvi kitab bayramında iştirak etmişlər. Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar ümumrayon toplantısı keçirilmişdir.
Tədbir axşam saatlarında Bakı şəhərindən dəvət olunmuş tanınmış musiqiçilərin geniş konsert proqramı ilə davam etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri tədbirdə iştirak etmişlər. Böyük izdihamla müşayiət olunan konsert rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, atəşfəşanlıqla başa çatmışdır.
 

Keçidlər