Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Noyabud kəndində əhali ilə səyyar qəbul və görüş

25 aprel 2019 | 16:00

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin qəsəbə və kəndlərlə yanaşı ən ucqar yaşayış məntəqələrində əhali ilə görüşərək səyyar qəbullar keçirməsi razılıqla qarşılanmaqla, verilən təkliflərin, qaldırılan məsələlərin operativ həlinə öz müsbət təsirini göstərir.

Kijəbə qəsəbə inzibati ərazi dairəsinin dağ kəndlərindən olan Noyabud kəndində keçirilən səyyar qəbulda sakinlər bu barədə ürəkdolusu danışdılar. Kənddə 200 nəfər əhali yaşayır. Məşğuliyyətləri sitrusçuluq, heyvandarlıq və arıçılıqdır. İcra başçısının keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı qəsəbənin ayrı-ayrı yaşayış məntəqələrində vaxtaşırı keçirilən səyyar qəbullarda görüşdüklərinə baxmayaraq bu gün Noyabud kəndində keçirilən görüşdə əsas məqsədin əhalini yerində dinləmək olduğunu bildirərək, problemlər barədə təkliflər verməyi xahiş etmişdir.

Kənd sakinlərindən Nəcibəddin Dadaşov, Nüsrət Həkimov, Hesab Fərziyev, Sahimə Talıbova, Rövşən Fərziyev, Könül Fərziyeva və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikada və rayonda görülən geniş quruculuq abadlıq işlərindən razılıq edərək, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Ölkənin yüksək iqtisadi inkişafından qürur duyduqlarını, sosial sahədəki yenilikləri ürəkdən   bəyəndiklərini birmənalı söyləmişlər. Sakinlər icra başçısına əhali ilə tez-tez görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı kənd yolunun əsaslı təmiri,  kənddəki çay üzərində körpünün qoyulması, elektrik xətt təsərrüfatının yeniləndirilməsi, əlavə elektrik transformatorun qoyulması, kəndə telefon xəttinin çəkilməsi, tibb məntəqəsinin və ibtidai məktəbin açılması, sosial yardımın uşaq pulu ilə əvəz edilməsinə köməklik göstərilməsi və s. barədə təkliflər vermişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlərlə səmimi və işgüzar görüşdən razılığını bildirmiş, qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar tapşırıqlar vermiş, digərlərinin araşdırılaraq tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.

 Qeyd etmişdir ki, nümayəndəliyin əksər kəndləri dağlıq ərazidə yerləşdiyindən bütün problemlərin birdəfəlik həlli mümkün deyil. Ancaq diqqət yetirsək görərik ki, cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına son illər qəsəbədə böyük işlər görülmüşdür. Sizin də istifadə etdiyiniz Deqədi-Pəlikəş-Sım, Ojakəran-Təngərüd avtomobil yolları asfaltlaşdırılmış, məktəblər tikilmiş, sahə xəstəxanası əsaslı təmir olunmuş, Şəmətük kənd ibtidai məktəb üçün modol tipli binanın tikintisi yenicə başa çatdırılmış, Burzubənd kənd tam orta məktəbi üçün ən müasir layihəyə uyğun yeni binanın tikintisi davam edir. 

Kənddə iş yerlərinin yaradılması ilə əlaqədar onu deməliyəm ki güzəranınızı yerli şəraitə uyğun qurmalısınız. Sitrus əkinini yeni məhsuldar sortlarla artırmaq lazımdır. Özünüməşğulluq layihəsinə qoşularaq dövlətin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edin. Bununla hər kəs bacardığı sahəyə uyğun həyat səviyyəsini yaxşılaşdıra bilər. Sevindiricidir ki, insanlarımız qoçaq, torpağa bağlı insanlardır.

 İcra başçısı Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımızın onun siyasi varisi möhtərəm cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü  daxili və xarici siyasəti ilə uğurlu inkişafından bəhs edərək həyata keçirilən çevik iqtisadi siyasətin qısa müddətdə müsbət nəticələr verdiyini diqqətə çatdırmışdır. Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyasının genişləndirilməsini qeyd edərək,  son aylar cənab Prezident İlham Əliyev tərəfindən bununla əlaqədar qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlardan bəhs etmişdir. Minimum əmək haqları, bütün növ müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır.

İcra başçısı belə tədbirlərin bundan sonra da davam edəcəyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Tədbirdə Prezident Administrasiyasının Ərazi Təşkilat şöbəsinin sektor müdiri Dəyanət  Abdullayev iştirak etmişdir.

Keçidlər