Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Vaqadi kəndində əhali ilə səyyar qəbul və görüş

07 may 2019 | 16:00

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə ənənəvi olaraq keçirdiyi səyyar qəbul və görüşün növbəti ünvanı Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dağ kəndlərindən biri Vaqadi kəndi olmuşdur.

Səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı iştirakçıları salamlayaraq, bildirmişdir ki, nümayəndəliyin digər kəndlərində keçirilən görüşlərdə iştirak etsəniz də bu gün sizinlə yaşadığınız bu səfalı Vaqadi kəndində görüşmək qərarına gəlmişik. Məqsədimiz problemlərlə yerində tanış olub, həllinə birgə nail olmaqdır. Buyurun təkliflərinizi verə bilərsiniz.

Kənd sakinləri Kamal Hidayətov, Mirzağa Nəzirov, Nəbi Fərziyev, Arif Nəzərov, Tofiq Nəzərov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Ölkədə və rayonumuzda tikinti-quruculuq sahəsində görülən işlərdən bəhs edərək insanların sosial rifahına yönələn bu layihələri alqışlamışlar. Əhali ilə müntəzəm görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.

Sakinlər görülən işlərlə yanaşı kənddəki çay üzərində körpünün genişləndirilməsi, kənddə tibb məntəqəsinin açılması, Vaqadi kəndinə qaz xəttinin, telefon və internetin çəkilməsi, elektrik xətt təsərrüfatının yenilənməsinə köməklik göstərilməsi və s. barədə təkliflər vermişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.

Sakinlərin elektrik xətt təsərrüfatının yenilənməsi təklifi ilə əlaqədar bildirirəm ki, idarə müdiri buradadır. Vacib təmir işləri aparılacaq. Amma yaxın gələcəkdə bütün rayonumuzda olduğu kimi burada da  elektrik xətt təsərrüfatı tamamilə yenilənəcəkdir. Bununla əlaqədar müəyyən ərazilərdə işə başlanmışdır. 

Kənd çətin relyefə malik dağlıq ərazidə yerləşdiyindən təbii ki, problemlər də olur. Ancaq cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına son illər təkcə nümayəndəlikdə  misli görünməmiş işlər görülüb. Bunlardan ən əsası bu dağ kəndlərinə yüksək səviyyəli asfalt yolların çəkilməsidir. Əvvəllər böyük əziyyətlə qət edilən yolu indi təhlükəsiz və rahatlıqla getmək olur. Bundan başqa ərazinin bütün məktəbləri üçün ən müasir tipli tədris binaları tikilərək istifadəyə verilmiş, əksər kəndlərə təbii qaz xətti çəkilmişdir. Yaxın zamanlarda bu kəndin də təbii qaz problemi həllini tapacaqdır.

Bu diqqət və qayğıya görə bütün astaralılar adından möhtərəm cənab Prezidentə minnətdarlığımızı bildiririk.

Kəndin çox gözəl, füsunkar təbiəti vardır. Turizmin inkişafı üçün əlverişli təbii şərait mövcuddur. Bütün bunlardan səmərəli istifadə etmək lazımdır. Təsərrüfat sahələrini genişləndirin, yeni sitrus bağları salın, arı ailələrini artırın. 

İcra başçısı Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasətin qısa müddətdə müsbət nəticələr verdiyini qeyd edərək, son aylar cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlardan bəhs etmişdir. Minimum əmək haqları, bütün növ müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır.  

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları əsasında formalaşan inkişaf strategiyası onun siyasi varisi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti ilə uğurla  davam edir. Bu inkişaf dövlətimizi daha yüksək nailiyyətlərə, xalqımızı daim firavanlığa aparacaqdır. Bizim üzərimizə düşən əsas vəzifə ölkə rəhbəri ətrafında sıx birləşərək ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumaq, bu günkü inkişafa töhfəmizi verməkdən ibarətdir. 

 

Keçidlər