Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Qəcimardə ərazisinin suvarma su təminatı yaxşılaşdırılmışdır

22 may 2019 | 16:00

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaiti və Azərbaycan Hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə əməkdaşlığı əsasında həyata keçirilən “Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) proqramı çərçivəsində Astara rayonunun Kijəbə qəsəbəsinin Qəcimardə ərazisində “Texniki su təminatı” layihəsinin icrası nəticəsində ərazinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır.

Rayon mərkəzindən 14 kilometr aralıda yerləşən Qəcimardə əhalisinin əsas məşğuliyyəti bağçılıqdır. Kənd sakinlərinin gəlirlərinin əsas hissəsi sitrus meyvələrinin satışından formalaşır.

Layihə çərçivəsində Qəcimardə icması ilə birlikdə 240 tonluq su çəni təmir edilmiş, 1,5 kilometr metal boru plastik boru ilə əvəz olunmuş, 0,5 kilometr yeni su xətti çəkilmiş və 115 çıxış ventili olan 23 supaylayıcı quraşdırılmışdır.

Mayın 21-də su xəttinin istismara verilməsi münasibətlə keçirilən mərasimdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev, USAID-in Azərbaycan üzrə missiya direktoru Cey Sinqx, SEDA-nın Lənkəran regionu üzrə koordinatoru Əflatun Verdiyev, Şərq-Qərb İdarəetmə İnstitutunun ölkə üzrə direktoru Əhməd Şirinov, Qəcimardə kənd icma şurasının sədri İlham Baxşıyev və başqaları çıxış edərək sakinləri bu əlamətdar hadisə münasibətilə təbrik etmişlər.

Sakinlər ölkəmizdə, o cümlədən rayonumuzda həyata keçirilən layihələrə və yaradılmış şəraitə görə cənab Prezidentə minnətdarlıqlarını bildirmiş, yerli əhəmiyyətli sosial layihələrin icrasına verilən dəstəyə görə layihənin icraçılarına təşəkkürlərini çatdırmışlar.

 

 

 

 

 

Keçidlər