Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada VII Zirvə oyunlarına start verilib

26 may 2019 | 16:00

Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar hər il ənənəvi olaraq Zirvə Beynəlxalq İdman Klubu tərəfindən Bakı şəhəri və bölgələrdə idmanın müxtəlif növləri üzrə silsilə tədbirlər keçirilir. Tədbirlərin keçirilməsində məqsəd idmanın və sağlamlığın təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili, məktəblilər, yeniyetmə və gənclər arasında sağlam rəqabətin formalaşdırılmasıdır.

Mayın 24-dən başlayaraq Astara Park Bulvar Kompleksində yaradılmış idman meydançalarında çimərlik voleybolu, çimərlik futbolu, çimərlik basketbolu və cartinq üzrə birinciliklərə start verilmiş, hazırda yarışlar davam edir.

Qızlar arasında çimərlik voleybolu üzrə keçirilən yarışlarda 9 komanda, oğlanların yarışında 10 komanda iştirak etmişlər. Yarışları çimərlik voleybolu üzrə beynəlxalq dərəcəli hakim Fuad Hacıyev, Respublika dərəcəli hakim Lamiyə Nəbiyeva və digərləri idarə etmişlər.

Qızların yarışında I, II və III yerlərə müvafiq  olaraq “Zirvə 1”, “Zirvə 2” və “Azərreyl 2”, oğlanların yarışında isə “Neftçi 1”, “Masallı 2” və “Neftçi 2” komandaları layiq görülmüşlər. Qaliblər Zirvə Beynəlxalq İdman Klubunun diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul işçisi Əliniyaz Mirzəyev, AAAF-ın idarə heyyətinin sədri Rəşad Əliyev, Zivə Beynəlxalq İdman Klubunun məsul işçisi Rasim Orucov, rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Voleybol üzrə SSRİ idman ustası Elşən İsmayılov və başqaları iştirak edirlər.

İdman yarışları mayın 28-dək davam edəcəkdir.

Keçidlər