Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

12 iyun 2019 | 16:00

15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etdiyi, Azərbaycan xalqını bu günkü xoş, firavan günlərə yetirdiyi həmin tarix Qurtuluş Günü bayramı kimi hər il qeyd edilir.

Astarada 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş maraqlı tədbir rayon İcra hakimiyyəti, Gənclər İdman İdarəsi, Təhsil şöbəsinin birgə tədbirlər planına uyğun olaraq keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri qoyaraq xatirəsini yad edəndən sonra park-bulvar kompleksindəki Dövlət Bayrağı meydanına qədər yürüş etmişlər. Sonra  tədbir Astara Olimpiya İdman kompleksində davam etmişdir.

Min nəfərdən artıq məktəblinin, tələbələrin, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası ilə açıq élan edilmiş, hazırlanmış proqram əsasında davam etmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə rayon əhalisinə təbriki oxunmuş, çıxışlar dinlənmişdir.

Sonra “Şahin” hərbi idman oyununun nümunəvi çıxışı, şən startlar yarışması maraqla izlənmiş, Milli Qurtuluş Gününə həsr olunmuş rəsm müsabiqəsinin və şeir ifaçılarının qalibləri müəyyən edilmişdir.

Tədbir məktəblilər və Astara Pedaqoji kolleci tələbələrinin Azərbaycanın Dövlət Bayrağının meydana gətirilərək “Qurban olum Azərbaycan” mahnısının sədaları altında başa çatdırılmışdır.

 

Keçidlər