Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti Astarada

24 iyun 2019 | 16:00

Azərbaycan Dövlət Aqrar Universitetinin professor, müəllim və tələbə heyəti Astara rayonunda orta ümumtəhsil məktəblərin XI sinfini bitirən məzunlarla görüş keçirmişlər.

Tədbirdə Aqrar Universitetinin təlim-tərbiyə prosesini, maddi-texniki baza və elmi araşdırmalar aparılma imkanlarını əks etdirən film nümayiş etdirilmişdir.

Görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları salamlamış, rayonda aqrar sahənin inkişaf perspektivləri, bu sahənin mütəxəssislərinə olan tələbatdan danışmışdır.  Qeyd etmişdir ki, Dövlət Aqrar Universiteti dünyanın ən aparıcı ali təhsil müəssisəsləri ilə müqyisə oluna biləcək  maddi-texniki bazaya və təlim imkanlarına malikdir. Bu gün qeyri-neft sektorunun inkişafı ilə əlaqədar bütün respublikada olduğu kimi rayonumuzda da aqrar sahənin mütəxəssislərinə böyük ehtiyac vardır.   Ona görə də inanıram ki, bu görüş bu il tələbə adını qazanan gənclərimizin seçimində mühüm rol oynayacaqdır.

  Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor İbrahim Cəfərov çıxış edərək bu ali təhsil ocağında tələbələrin təhsil alması üçün yaradılan geniş şəraitə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmişdir. Universitetdə tələbələrin təhsil alması üçün yaradılan ideal şəraitdən bəhs edərək tədris otaqları, elmi laboratoriyalar, tədris-təcrübə sahələri, yataqxana və digər məsələlər haqqında geniş, maraqlı məlumatlar vermişdir.

Universitetin Aqronomluq fakültəsinin III kurs tələbəsi Gülanə Nəzərli, I kurs tələbəsi Anar Niftiyev və başqaları tədbirdə çıxış etmişlər.

Keçidlər