Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq Astarada

24 iyul 2019 | 16:00

Hindistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vanlalvavna Bavitlunq iyulun 24-də Astara rayonunda olmuşdur.

Səfirlə görüş zamanı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev böyük İpək Yolu üstündə yerləşən Astaranın tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat vermişdir.

“Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə Hindistan-Azərbaycan arasında mövcud iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə iş adamları üçün münbit şəraitin yarandığını vurğulamışlar. 

Hindistanlı diplomat Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş, xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra səfir “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil və dəmir yolu xəttinə baxış keçirmiş, Park-bulvar kompleksi, çəltik emalı zavodu, “Astara Çay” MMC-nin çay plantasiyası və çay fabriki ilə tanış olmuşdur.

 

 

Keçidlər