Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Motalayataq kəndində tibb məntəqəsinin açılışı

01 avqust 2019 | 16:00

1 avqust 2019-cu il tarixdə rayonun ucqar dağ kəndi olan Motalayataq kəndində yeni inşa edilmiş tibb məntəqəsinin açılışı olmuşdur.  Kənddə 158 təsərrüfatda 3000 nəfərə qədər əhali yaşayır. Burada əhaliyə səhiyyə xidməti göstərilməsi üçün əvvəllər inşa edilən bina yararsız vəziyyətə düşdüyündən sakinlər ən sadə tibbi xidmətlər almaq üçün qonşu kəndlərə və rayon mərkəzinə getməli olurdular.

 Rayon icra hakimiyyəti başçısının əhali ilə səyyar qəbullarında sakinlər dəfələrlə bu problemli məsələ barədə danışmış, həllinə köməklik göstərilməsini xahiş etmişdilər. İcra başçısının yaxından köməkliyi, tövsiyəsi ilə kənd icması QHT ilə birgə bu məsələnin həllinə nail olmuşdur. 

“Tibb Məntəqəsinin İnkişafı” layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD)-in maliyyə vəsaiti, Azərbaycan Hökumətinin dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi, yerli bələdiyyə və icma üzvlərinin yaxından köməkliyi ilə icra olunmuşdur.

Açılış tədbirində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev,  USAİD Azərbaycan üzrə nümayəndəsi Eylin Loles, SEDA-nın Lənkəran regionu üzrə koordinatoru Əflatun Verdiyev, Şərq-Qərb Menecment İnstitutunun ölkə üzrə rəhbəri Əhməd Şirinov, Layihənin əməliyyatlar üzrə Meneceri Əhməd Məmmədzadə, icraçılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirmişdir ki, hazırda Azərbaycanda, o cümlədən, rayonumuzda böyük sosial layihələr həyata keçirilir. Elə bu nümayəndəliyin ərazisində 4 müasir tipli yeni məktəb binası tikilmiş, yol asfaltlaşdırılmış, avtomobil körpüsü salınmışdır. Bu gün də kənddə inşa edilən tibb məntəqəsinin açılışıdır. Xeyli əvvəllər tikilmiş köhnə binada əhaliyə lazımi tibbi xidmət göstərmək mümkün olmadığından, kənd sakinləri rayon mərkəzinə gəlməli olurdu. Burada əhaliylə keçirilən səyyar qəbullarda sakinlərin müraciətini nəzərə alaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycan Hökumətinin dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsinin icraçılarını yeni tibb məntəqəsinin tikintisinə cəlb etdik və nəticəsi göz qabağındadır. Kənd icmasının bu işdə yaxından iştirakını, köməkliyini nəzərə alaraq gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün çalışacağıq. Bu işdə əməyi olan hər kəsə minnətdarlıq edir, yeni tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm.

Tədbirdə USAİD Azərbaycan üzrə nümayəndəsi Eylin Loles çıxış edərək azərbaycandakı fəaliyyətlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq etmişdir. Həmçinin Astarada bir neçə layihənin uğurla həyata keçirilməsində hərtərəfli dəstəyə görə icra başçısı Qəzənfər Ağayevə və qonaqpərvərliyə görə astaralılara təşəkkürünü bildirmişdir. Xanım Eylin Loles qeyd etmişdir ki, Astarada bundan sonra da davamlı layihələrin həyata keçirəcəyimizə inanırıq.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev çıxışında ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və layihənin icraçılarına belə gözəl tibb məntəqəsinin inşasına görə minnətdarlıq etmişdir. Bildirmişdir ki, biz öz növbəmizdə tibb məntəqəsinin normal fəaliyyəıti üçün əlimizdən gələni edəcək, inventar və avadanlıqlarla, həmçinin  lazımi dərman vasitələri ilə təminatına hər cür köməklik göstərəcəyik.

Kənd icmasının rəhbəri Söhbəddin Kişiyev çıxış edərək rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşən, yararsız vəziyyətdə olan, əhaliyə tibb xidməti göstərmək üçün ən adi bir şəraiti olmayan köhnə tikilinin yerində müasir tipli binanın inşa edilməsini yerli sakinlərə böyük töhfə olduğunu bildirmişdir. Layihəyə dəstək olan rayon icra hakimiyyəti rəhbərliyinə və icraçılara bütün sakinlər adından minnətdarlıq ifadə olunmuşdur. 

İcra başçısı Qəzənfər Ağayev və USAİD Azərbaycan üzrə nümayəndəsi Eylin Loles  Motalayataq kənd tibb məntəqəsi üçün inşa edilən yeni binanın açılışını bildirən lenti kəsmiş,  burada həkim, tibb işçiləri və xəstələr üçün yaradılmış şəraitlə tanış olmuşlar.

Sonda rayonda həyata keçiriləcək yeni layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Keçidlər