Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon icra hakimiyyətində Avropa çempionu ilə görüş

16 avqust 2019 | 16:00

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təhsil, mədəniyyət, incəsənət və idman sahəsində müvəffəqiyyət qazanan, xüsusi nailiyyətləri olan gənclərlə vaxtaşırı olaraq görüşür, onların prblemləri ilə maraqlanır, daha böyük uğurlar qazanmaları üçün maddi və mənəvi köməklik göstərir.

Növbəti belə bir görüş Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa Birinciliyinin qalibi olmuş Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin VII sinif şagirdi Qasımzadə Məhəmmədəli Zöhrab oğlu ilə olmuşdur.

Məhəmmədəli Qasımzadə  4-11 avqust 2019-cu il tarixlərində 35 ölkə idmançılarının iştirakı ilə yeniyetmələr arasında keçirilən boks üzrə Avropa Birinciliyində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, çempion adını qazanmışdır.

Əsl idman mübarizəsi şəraitində keçən bu mötəbər beynəlxalq turnirdə əzmkarlıq göstərərək qalib gələn Məhəmmədəlinin şərəfinə  Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Bayrağı ucaldılmışdır.

Bu yüksək nailiyyətinə görə  Məhəmmədəli Qasımzadəni təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, gələcək yarışlarda uğurlar diləmiş, onu və məşqçisi Nurlan Məmmədovu Fəxri Fərman və pul mükafatı ilə mükafatlandırmışdır.

 

Keçidlər