Vəznəş kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vəznəş kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı kəndlərində keçirilən səyyar qəbullarda görüşlərimiz olmuşdur. Bu gün isə məhz yaşadığınız Vəznəş kəndində görüşmək qərarına gəlmişik. Məqsəd sizi narahat edən ümumi problemləri öyrənmək, həllini birlikdə operativ həll etməkdən ibarətdir. Rayonun idarə, müəssisə rəhbərləri də görüşdə iştirak edirlər. Buyurun təkliflərinizi verə bilərsiniz.
Sakinlər çıxış edərək son illər Respublikada və rayonda müxtəlif sahələrdə görülən quruculuq-abadlıq işləri, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən dövlət tədbirlərindən razılıqlarını bildirərək, bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Eyni zamanda sakinlərlə tez-tez görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.
Sakinlərdən şəhid anası Sveta Məmmədova mənzillə təmin edilməsinə, Asəf Əhmədov evinə qaz xəttinin çəkilməsinə, Qurban Əliyev evinə çəkilən elektrik xəttinin yenilənməsinə, Vəliağa Bağıyev evinə gedən elektrik xəttinin dəyişdirilməsinə, Rəşad Yusifli ali təhsilli olduğunu bildirərək işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bir çox məsələnin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.
Qeyd etmişdir ki, müraciətlərin əsasən şəxsi məsələlərdən ibarət olması onu göstərir ki, kəndin əsas problemləri artıq həllini tapmışdır. Bu çox sevindiricidir. Ötən görüşlərdə qonşu Sekəşan kəndinə elektrik xəttinin çəkilməsi barədə məsələ qaldırmışdınız. Bu barədə yuxarı təşkilatlara müraciət etdik. Çox sağ olsun cənab Prezident. Bu kənddə cəmi 6-7 ev olmasına baxmayaraq cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Sekəşan kəndinə elektrik xəttinin çəkilməsi ilə əlaqədar vəsait ayrıldı. Artıq burada işə başlanmışdır.
Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Səncərədi-Alaşa-Bəndəsər avtomobil yollarının asfaltlaşdırılması qonşu kəndlərlə yanaşı bu kəndin də inkişafında böyük irəliləyiş oldu. Bu yollar istifadəyə verildikdən sonra əhalinin güzəranı yaxşılaşmış, rahatlıq təmin edilmişdir. Bunlar böyük layihələrdir.
Digər məsələlər də tədricən həllini tapacaqdır. Hər bir yaşayış məntəqəsi abadlaşacaq. Ölkəmiz böyük inkişaf yolundadaır. Ölkə iqtisadiyyatı gücləndikcə vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün yeni layihələr həyata keçirilir.
İcra başçısı son zamanlar əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətindəki mühüm dövlət tədbirlərindən söhbət açaraq minimum əmək haqları, müavinətlər, pensiyalar, müxtəlif peşə sahiblərinin maaşlarının artırılmasını və digər tədbirləri dövlətin öz vətəndaşlarına olan hədsiz qayğısı kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, hər bir Azərbaycan ailəsi bu gün yüksək səviyyədə bu sosial qayğının təzahürlərini hiss edir. Elə bir ailə yoxdur ki, dövlətin bu qayğısından yararlanmasın.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılması möhtərəm Prezidentimizin və dövlətimizin siyasətinin əsasını təşkil edir. Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu dövlət qayğısına, inkişafa, tərəqqiyə görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə həmişə hədsisiz minnətdarlıq edirlər.
İcra başçısı görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.