Məsçitməhəllə kəndində əhali ilə görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Məsçitməhəllə kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri öyrənilərək məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Sakinlər çıxış edərək son illər Respublikada və rayonda müxtəlif sahələrdə görülən quruculuq-abadlıq işləri, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən dövlət tədbirlərindən razılıqlarını bildirərək, bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Rayon rəhbərliyinin vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirməsini, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verməsini yüksək dəyərləndirərək minnətdarlıq etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bir çox məsələnin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.
Müxtəlif sahələrdə aparılan quruculuq işlərinin rayon əhalisinin ümumi mənafeyinə xidmət etdiyini bildirərək, bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır. Ölkə iqtisadiyyatı gücləndikcə vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün həyata keçirilən yeni layihələrdən, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətindəki mühüm dövlət tədbirlərindən söhbət açaraq minimum əmək haqları, müavinətlər, pensiyalar, maaşların artırılmasını və digər tədbirləri dövlətin öz vətəndaşlarına olan hədsiz qayğısı kimi dəyərləndirmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılmasının möhtərəm Prezidentimizin daim diqqətində olduğunu, bunun gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss olunduğunu vurğulamışdır. Son illər rayonumuzda çoxlu tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd edərək, Astaraçayda aparılan sahilbərkitmə işindən sonra çay boyunca yerləşən yaşayış məntəqələrinin, eyni zmanda Məsçitməhəllə kəndinin daşqın və seldən mühafizəsi təmin edilməklə, ən böyük problemin həll olunduğunu bildirmişdir.
İcra başçısı görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.