Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sığaloni kəndində əhali ilə görüş

17 oktyabr 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sığaloni kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Sakinlər çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə son illər Respublikada və rayonda aparılan quruculuq-abadlıq işləri, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən dövlət tədbirlərindən razılıqlarını bildirərək, bu diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmişlər. Əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirdiyinə görə rayon rəhbərliyindən razılıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, kənddə abadlıq işləri aparılmış, fasiləsiz elektrik enerji verilişi təmin edilmişdir. Sakinlər kəndə təbii qazın verilməsi, elektrik xətt təsərrüfatının təmiri və əlavə transformatorun qoyulması, telefon xətləri və dirəklərinin dəyişdirilməsi, odun yanacağı ilə təmin edilməsi, avtobus dayanacağının quraşdırılması və digər  məsələlər barədə təkliflər vermişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bir çox məsələnin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.

Qeyd etmişdir ki, elektrik xətt təsərrüfatı rayonda tədricən tamamilə yenilənəcəkdir. Bununla əlaqədar artıq müəyyən işlər görülür. Buna baxmayaraq əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır və bu işdə çətinliyimiz yoxdur.

Kəndin əsas problemi təbii qazın olmamasıdır. Bunun üçün Dövlət Proqramı qəbul olunubdur. Respublikanın bütün şəhər, qəsəbə və kəndləri sürətlə qazlaşdırılır. Bu cənab Prezidentin tapşırığıdır. Yaxın gələcəkdə qazlaşdırılmamış yaşayış məntəqəsi qalmayacaq. Cənab Prezidentin ayırdığı vəsait hesabına rayonumuzun ən ucqar kəndlərinə yüksək səviyyəli avtomobil yolları salınmış, bu istiqamətdə işlər davam edir. Sığaloni kəndinin sakinləri də bu yollardan və rayonda həyata keçirilən digər sosial layihələrdən yararlanırlar.

Ölkəmiz böyük inkişaf yolundadaır. Azərbaycanımızın hər sabahı bu günündən daha da güclü olur. Respublikamızda çox böyük inqilabi işlər görülür.  

Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsisiz minnətdarlıqlarını bildirirlər. Aparılan quruculuq-abadlıq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.

İcra başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılmasının möhtərəm Prezidentimizin daim diqqətində olduğunu, bunun gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss olunduğunu vurğulamışdır. 

Qeyd etmişdir ki, Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik. 

Keçidlər