Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Pensər kəndində əhali ilə görüş

22 oktyabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin  əhali ilə növbəti səyyar qəbul-görüşü Pensər kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər çıxış edərək son illər rayonda, o cümlədən, Pensər kəndində  aparılan quruculuq-abadlıq işlərindən razılıq etmiş, bu diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmişlər. Cənab Prezidentin insanların rahat yaşayışı və sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi dövlət tədbirlərindən danışan sakinlər, ölkə rənbərinə hədsiz inandıqlarını, cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın hələ böyük uğurlar qazanacağını bildirmişlər.

Əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı yaşadıqları ərazidə səyyar qəbullar keçirdiyinə görə rayon rəhbərliyindən razılıqlarını bildirərək məhəllədə olan elektrik transformatorunun daha güclüsü ilə əvəz edilməsi, kənddə mədəniyyət evinin tikintisi, kənddə sahilbərkitmə işlərinin davam etdirilməsi, Pensər-Çayoba yolunun təmiri, Pensər kənd 1 saylı tam orta məktəbin təmir edilməsi, kənddə yeni salınmış yaşayış massivinin qazlaşdırılması, məişət tullantılarının kənddən daşınması üçün tədbir görülməsi, kəndə içməli su xəttinin çəkilməsi barədə təkliflər də vermişlər.  

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə minnətdarlıq etmiş, Pensər kəndində əsas problemlərin həllini tapdığını, sadalanan digər məsələlərə baxılacağını bildirmişdir.    

Kənd sahə xəstəxanasının əsaslı təmir edildiyini, Pensərçayda sahilbərkitmə işlərinin aparıldığını, kənddə abadlıq işlərinin həyata keçirildiyini, kənd mərkəzində işıqlandırma sisteminin quraşdırıldığını qeyd edərək, bu işlərin görülməsində fəallıq göstərən sakinlərə təşəkkürünü bildirmişdir. Şahağac-Pensər-Çayoba avtomobil yolunun yaxın gələcəkdə  yenidən qurulacağını, sahilbərkitmə işlərinin davam etdiriləcəyini bildirərək, digər sahələrdə də davamlı şəkildə yeniliklərin olacağını diqqətə çatdırmışdır.

İcra başçısı bunların Ulu Öndərimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olduğunu, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqət və qayğısı sayəsində reallaşdığını bildirmişdir. Hazırda Respublikada vacib sosial layihələrin həyata keçirildiyini, cənab Prezidentin Sərəncamları ilə böyük həcmli sosial paketin icrasına başlandığını, dövlət büdcəsindən maliyyələşən bütün təbəqədən olan insanların əmək haqlarının, təqaüdlərin, minimum əməkhaqqı və minimum pensiyaların artırıldığını, problemli kreditlərlə bağlı məsələlərin birdəfəlik həll edildiyini vurğulamışdır. Reallaşan sosial paketin 4 milyondan çox insanı əhatə etdiyini, vətəndaşların bu qayğıya görə möhtərəm Prezidentə hədsiz minnətdar olduqlarını diqqətə çatdırmışdır.

İcra başçısı Azərbaycanın inkişaf edərək daha böyük hədəflərə çatması, güclü olması üçün hər zaman ölkə rəhbərinə dəstək olmağı, cənab Prezidentin ətrafında sıx birləşərək, birlik nümayiş etdirməyin vacibliyini bildirmişdir.  

Tədbirdə Prezident Administrasiyasının Ərazi Təşkilat şöbəsinin sektor müdiri Dəyanət  Abdullayev iştirak etmişdir.

 

Keçidlər