Astara rayonunda ənənəvi “İstedad” festivalı keçirilmişdir
Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev istedadlı gənclərin üzə çıxarılması və istedadlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirməklə, gəncləri Azərbaycanın gələcəyi adlandırmışdır. Bu ənənəni uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeniyetmə və gənclərin təhsil alması, istedadlarını inkişaf etdirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılmışdır. İnşa edilmiş yeni, müasir tipli təhsil müəssisələri və olimpiya idman kompleksləri hər növ idman qurğuları, kompüter və digər vasitələrlə təchiz edilərək gənc nəslin ixtiyarına verilmişdir.
Təbiətin özü kimi rəngarəng, parlaq, çeşidli istedadlara Astara rayonunda da diqqət və qayğı həmişə yüksək səviyyədə olmuşdur. 24 may 2012-ci il tarixdə Astara rayonunda ənənəvi “İstedad” ümumrayon festivalı qaliblərinin nümunəvi yekun konserti keçirilmişdir. Bu tədbirin bünövrəsi on yeddi il əvvəl, 1996-cı ildə qoyulmuş, hər il ənənəvi olaraq may ayında keçirilir.
Bu il də Astara rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə bu tədbirə aprel ayında start verilmiş, 1900 nəfərə qədər şagirdin iştirakı ilə üç mərhələdə istedadlara baxış keçirilərək 165 nəfər şagird yekun tədbirə vəsiqə qazanmışdır.
İncəsənətin ayrı-ayrı növləri üzrə çıxış edən gənc istedadlar alqışlarla qarşılanmış, qaliblərə Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilmişdir.