Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kijəbə qəsəbəsinin Vovada yaşayış məntəqəsində əhali ilə görüş

07 noyabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşünü Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vovada kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər çıxış edərək son illər respublikada və rayonda aparılan quruculuq-abadlıq işlərindən Burzubənd kəndinin də kənarda qalmadığını bildirmişlər. Kənddə müasir tipli yeni məktəb binasının tikilərək inventar və avadanlıqlarla təmin edildiyini, yolların asfaltlaşdırıldığını, sakinlərin müraciətinə əsasən əlavə elektrik transformatorun qoyulduğunu, yeni sitrus bağının salındığını bildirərək, bu diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmişlər.  

Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirərək kəndə təbii qazın verilməsi, məktəb yolunun təmiri, piyada körpüsünün qoyulması və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaz problemindən başqa Burzubənd kəndində əsas məsələlərin həllini tapdığını bildirmiş, digər məsələlərin isə yüksək inkişaf yolunda olan müstəqil dövlətimiz üçün qlobal hesab edilmədiyini bildirmişdir.  

  Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin dünyanın ən sabit, ən mütərrəqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, hər bir sahədə güclü inkişaf və tərəqqinin olduğunu bildirmiş, bu inkişafın təməlində ölkəmizdəki siyasi sabitliyin, xalqla rəhbərin sarsılmaz birliyinin dayandığını diqqətə çatdırmışdır.  

Qeyd etmişdir ki, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün həyata keçirilən məqsədyönlü tədbirlər qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanımızın beynəlxalq aləmdə qazandığı nailiyyətlər, regionlarımızın abadlaşması, insanların həyat səviyyəsinin gündən-günə yaxşılaşması bizi hədsiz sevindirir. Bu gün vətəndaşlarımızın rifahı durmadan yüksəlir, maddi həyat və məişət şəraiti gündən-günə yaxşılaşır.

Ölkədə aparılan böyük tikinti-quruculuq işləri rayonumuzda da geniş vüsətlə davam edir. Ən ucqar dağ kəndləri də daxil olmaqla on kilometrlərlə avtomobil yolları asfaltlaşdırılmış, müasir tipli məktəb binaları tikilmiş, bir sözlə əhalinin sosial rifahının təmini istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Mövcud olduğu tarixi ərzində işığı və avtomobil yolu olmayan Dolu və Diqo kəndlərinə elktrik enerjisi verilişinə başlanmış, avtomobil yolunun çəkilməsi üçün cəlb edilmiş müasir texnikalar iki istiqamətdə işə başlamışlar. Hazırda qonşu Burzubənd kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatmaq üzrədir.   

 İcra başçısı hazırda vacib sosial layihələrin həyata keçirildiyini, böyük həcmli sosial paketin icrasına başlandığını qeyd edərək, vətəndaşların bu qayğıya görə möhtərəm Prezidentə hədsiz minnətdar olduqlarını diqqətə çatdırmışdır.

Sonra rayon icra hakimiyyətinin başçısı Vovada kənd ibtidai məktəbdə olmuş, təhsilin keyfiyyəti ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

 

Keçidlər