Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara şəhərinin Giləkəran yaşayış massivində əhali ilə görüş

05 dekabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşün ünvanı Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Giləkəran yaşayış massivi olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər son illər rayonda görülən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, sosial layihələrin icrası, maaş, müavinət və pensiyaların artırılmasının onların güzəranına müsbət təsirindən razılıqla danışmışlar.     

Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirərək məhəllə yollarının təmiri və asfaltlaşdırılması, rayonda texniki-peşə məktəbinin fəaliyyətinin bərpası, elektrik dirəkləri və naqillərin dəyişdirilməsi, transformatorun yenilənməsi, şəhər 3 saylı uşaq bağçasının təmiri, məhəllədə olan kanalın təmizlənməsi, bankomatın qoyulması və əraziyə marşrutun ayrılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ötən səyyar qəbulda qaldırılan problemlərin əksəriyyətinin həllini tapdığını, digərlərinin həlli üçün tədbirlər görüldüyünü diqqətə çatdırmışdır.

Söylənən təkliflərdən uşaq bağçasının əsaslı təmiri məsələsinin vacibliyini bildirərək, bu barədə aidiyyəti üzrə müraciət edildiyini bildirmişdir. Qeyd etmişdir ki, məktəblər kütləvi tikildiyi kimi uşaq bağçaları da tədricən yenilənəcəkdir.

Ölkəmizin hazırda yüksək inkişaf və tərəqqi yolunda olduğunu qeyd edərək, cənab Prezidentin əhalinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərin həllinə daha çox diqqət ayırdığını, bunun hər bir ölkə vətəndaşının öz yaşayışında hiss etdiyini diqqətə çatdırmışdır.   

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strateqiyası və siyasi xətti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin  xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün yüksək fəaliyyətindən danışaraq, həyata keçirdiyi məqsədyönlü tədbirlərin müstəqil dövlətimizi daha uğurlu gələcəyə qovuşduracağını əminliklə söyləmişdir.

Müstəqil Azərbaycanımızın sülhə, xalqların əmin amanlığına hesablanan sabit siyasət nəticəsində dünyanın mütərəqqi dövlətlərinin etimadını qazandığını qeyd edən icra başçısı, mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin respublikamızda keçirilməsinin qürurverici olduğunu diqqətə çatdırmışdır.

İcra başçısı ölkə rəhbəri tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün böyük həcmli sosial paketin icrasına başlandığını, bu siyasətin qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulamış, vətəndaşlara cənab Prezidentinin ətrafında sıx birləşərək ölkədə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumağın vacibliyini bildirmişdir.   

 

Keçidlər