Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi
Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, müdrikliyi ilə milyonlarla insanı öz ətrafında birləşdirməyi bacaran, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının heç vaxt silinməyəcək.
Müasir Azərbaycan tarixinin ən parlaq və ən zəngin səhifələri xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolu və dəyərli fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər uzaqgörənliyi və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyinə və sarsılmazlığına nail olmuş, ölkəmizin sürətli, dönməz inkişaf yoluna qədəm qoymasını təmin etmişdir.
Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin doğma Vətənimiz və xalqımız üçün gördüyü işlər əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev ideyaları, siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin də zəngin xəzinəsinə çevrilmişdir.
Ulu öndər, xalqının əsrlər boyunca həsrətini çəkdiyi, uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirərək müstəqilliyə qovuşdurdu və müstəqil Azərbaycan dövlətinin banisi kimi tarixə düşdü. Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim nur saçacaq.
12 dekabr tarixində Astara şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətə gələn hər bir şəxs ürəyində böyük sevgi, sonsuz məhəbbətlə bu izdihama qatılmışdı. Ulu Öndərin anım günündə səhər saatlarından başlayaraq axın-axın şəhərin mərkəzinə gələn insanların arasında məktəblilərdən tutmuş, ən ahıl yaşlı insanlara qədər var idi.
Əvvəlcə rayon rəhbərliyi və inzibati orqanların rəhbərləri abidənin önünə tər güllər qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər. Yaşından və təmsil etdiyi ictimai təbəqədən asılı olmayaraq minlərlə astaralı Ulu Öndərin əzəmətli abidəsini ziyarət etməklə, bu əvəzsiz insana məhəbbət və sədaqətlərini nümayiş etdirdilər.
Səhər saatlarından başlanan tədbir uzun müddət davam etdi və böyük insan kütləsinin Ulu Öndərin möhtəşəm abidəsini və Heydər Əliyev Mərkəzini böyük ehtiramla ziyarət etməsi ilə yaddaqalan oldu.