Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Sərək kəndində əhali ilə görüş

09 yanvar 2020 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Sərək kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Sakinlər rayonda və yaşadıqları Sərək kəndində görülən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, maaş, müavinət və pensiyaların artırılmasının onların güzəranına müsbət təsirindən razılıqla danışmışlar. Qeyd olunmuşdur ki, kəndin yolları asfaltlaşdırılmış, fasiləsiz olaraq qaz və işıq verilişi təmin olunmuş, əhali vaxtında əmək haqları və pensiyalarını almaqla, rahat yaşayışları üçün lazım olan hər cür şərait yaradılmışdır.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri salamlayaraq bildirmişdir ki, ötən görüşlərdə təkliflərinizdən sonra cari təmir edilmiş   kənd klubunda ilk qəbul-görüşümüzdür. Yeni təkliflərin olmaması kənddə problemlərin həllini tapması deməkdir. Son illər yollar asfaltlaşdırılmış, əhali dayanıqlı olaraq təbii qaz və elektrik enerjisi ilə təmin olunur. Razılığınıza əsasən sizə məxsus pay torpaqlarında salınmış çay plantasiyaları və sitrus bağlarında xeyli insan çalışaraq evlərinə gündəlik çörək pulu aparırsınız.

Rayonumuzun digər yaşayış məntəqələrində də son illər böyük işlər görülüb.  Ən ucqar kəndlərimizə asfalt yollar çəkilib. İllərlə əhalinin böyük əziyyətlə getdiyi yolları hazırda ilin bütün fəsillərində rahat və təhlükəsiz getmək mümkündür.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası uğurla davam edir. Bakı-Astara avtomobil yolunun istifadəyə verilməsi, Astara şəhərinə içməli su xəttinin çəkilməsi, elektrik xətt təsərrüfatının yenilənməsi və tələbata uyğun qurulması, qazlaşmanın 85 %-ə çatdırılması, yeni məktəb, xəstəxana binalarının tikilməsi ölkəmizin uğurlu iqtisadi nailiyyətlərinin nəticəsidir. 

Hazırda mövcud olduğu tarixi ərzində heç vaxt  işığı və yolu olmayan Dolu, Diqo, Avyarud və Sibiyyət kəndlərinə həm elektrik xətti çəkilir, həm də yol salınır. Bu yolların çəkilməsi ilə sakinlərin ən böyük problemi həllini tapır, insanlar rahatlığa qovuşur. Bu vaxta qədər yolun olmaması üzündən heç rayonumuzun sakinləri gözəl, mənzərəli dağ kəndlərimizə gedə bilmirdilər. Ucqar kəndlərdə görülən belə böyük işlər ölkənin yüksək iqtisadi gücünü göstərir.

 Bu il Sərək kəndində yeni məktəb binasının tikintisi və sahilbərkitmə işlərinin aparılması da nəzərdə tutulub. Yəqin il ərzində bu işlər görüləcəkdir. 

Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin doğru, düzgün məqsədyönlü siyasətinin nəticəsi və xalqına olan yüksək diqqət və qayğısının  bariz nümunəsidir.

 Təəssüflə qeyd etmək lazımdır ki, bu inkişafı, tərəqqini görməyən xain qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək üçün cəhdlər göstərirlər. Özlərini müxalifət adlandıran bu şəxslər əslində bu xalqın düşmənləridir. Onlara sözlərini demək üçün yer göstərilsə də, ölkədə qarışıqlıq salmaq üçün gediş-gəlişin çox olduğu və nəqliyyatın sıx hərəkət etdiyi yerləri    istəyirlər. Amma, müstəqilliyin ilk illərində yaratdıqları xaosun, hərc-mərcliyin, talançılığın, böyük infilyasiyanın, bir sözlə fəlakətin şahidi olan müdrik xalqımız bir də heç vaxt xarici ağalarının pulları hesabına fəallaşmağa çalışan bu vətən xainlərinə dəstək olmayacaq.

Biz daim fəal olmalı, real vəziyyəti düzgün qiymətləndirməli, cənab Prezidentin ətrafında sıx birləşərək ölkədə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalıyıq. 

 

 

Keçidlər