Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada ehtiyacı olan vətəndaşlara növbəti ərzaq payı verilmişdir

08 may 2020 | 16:00

Astara Rayon İcra Hakimiyyəti koronavirusla mübarizə tədbirləri çərçivəsində rayonun bir qrup aztəminatlı ailələrinə növbəti dəfə ərzaq yardımı göstərmişdir.

1300 nəfəri əhatə edən, zəruri ərzaq məhsullarından ibarət olan yardımlar əsasən karantin dövründə maddi vəziyyəti çətinləşən şəxsləri, tənha, xəstə və aztəminatlı vətəndaşları əhatə etməklə, evlərində onlara çatdırılmışdır.

Rayon İcra Hakimiyyəti tərəfindən bu qəbildən olan vətəndaşlar daim diqqətdə saxlanılmaqla karantin müddəti bitənə qədər zəruri ehtiyacları ödəniləcəkdir.

 Bundan əlavə rayon icra hakimiyyəti başçısının tapşırığı ilə şəhər, qəsəbə, və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılması davam etdirilir.

Eyni zamanda rayon ərazisində  təlimata uyğun dezinfeksiya işləri aparılması da daim diqqətdə saxlanılır.

Rayonda koronovirusla mübarizə tədbirləri karantin müddəti bitənədək mütəmadi olaraq davam etdiriləcəkdir.

 

 

Keçidlər