Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə növbəti ərzaq payı verilmişdir.

19 may 2020 | 16:00

Astara Rayon İcra Hakimiyyəti tərəfindən koronavirusla mübarizə tədbirləri çərçivəsində Ramazan bayramı ərəfəsində növbəti dəfə bir qrup aztəminatlı ailələrə ərzaq yardımı göstərmişdir. Yardımlar karantin dövründə maddi vəziyyəti çətinləşmiş daha 1000 aztəminatlı ailəyə evlərində çatdırılmışdır.

Rayon İcra Hakimiyyəti tərəfindən mövcud vəziyyət mütəmadi olaraq öyrənilir, qarşıya çıxan problemlərin həli istiqamətində əməli tədbirlər görülür və aztəminatlı ailələrin zəruri ehtiyaclarının ödənilməsi davam etdirilir.

Ölkədə karantin rejiminin yumşaldılmasına baxmayaraq rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən şəhər, qəsəbə, və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılması davam etdirilir.

Astara Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü mütəmadi olaraq şəhərdə əhalinin yaxın təmasda olduğu yerlərdə vətəndaşlar maarifləndirilərək, onlara tibbi maskalar paylanılır.  

Vətəndaşlara karantin qaydalarına uyğun olaraq ciddi şəkildə sosial məsafənin gözlənilməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi, qoruyucu tibbi vasitələrdən istifadənin vacibliyi bir daha izah olunmuşdur. 

Rayon ərazisində dezinfeksiya işləri aparılması da daim diqqətdə saxlanılır.

Koronavirusla mübarizə tədbirləri davam etdiriləcəkdir.

Keçidlər