Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Payız-qış mövsümünə hazırlıqla əlaqədar növbəti onlayn müşavirə keçirilmişdir

08 sentyabr 2020 | 16:00

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri ilə payız-qış mövsümünə hazırlıqla əlaqədar növbəti onlayn müşavirə keçirmişdir.

İcra başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Qeyd etmişdir ki, cənab Prezidentin və Operativ Qərargahın tövsiyə və tələblərinin yüksək səviyyədə icrasının nəticəsidir ki, ölkənin cənub qapısı olmasına baxmayaraq rayonumuzda koronavirusa yoluxanların sayı o qədər də çox deyil. Bu həm də bizim birgə işimizin nəticəsidir. Buna görə hər birinizə təşəkkürümü bildirirəm. Bundan sonra da fəaliyyətimizi daha da yüksək səviyyədə davam etdirməliyik.

Hazırda ölkədə pandemiya ilə əlaqədar karantin rejimi xeyli yumşaldılmışdır. Lakin, insanlarda arxayınçılıq yaranmamalı, maskalardan istifadə edilməli, sosial məsafə saxlanılmalı, qaydalara ciddi riayət olmunmalıdır. Əks halda bunun ciddi fəsadları ola bilər. Ona görə də hər birinizə tapşırıram ki, insanları maarifləndirilməsi ilə ciddi məşğul olun. Ərazilərinizdə yerləşən ictimai-iaşə və ticarət obyektlərində qaydalara tam riayət olunmasına nəzarəti gücləndirin. Hüquq mühafizə və aidiyyəti orqanlarla birgə reydlər davam etdirilməlidir. Qarşıya çıxan çətinliklərlə bağlı vaxtında müraciət edin. Lazım olan köməkliklər tərəfimizdən göstəriləcəkdir.

Müşavirədə mövcud vəziyyət, o cümlədən payız-qış mövsümünə hazırlıqla əlaqədar işlərin gedişi müzakirə edilmişdir.

Elektrik şəbəkəsinin rəisi Namiq Quliyev, Lənkəran Regional Qaz İstismar İdarəsi, Astara Xidmət sahəsi üzrə  rəis müavini Fizuli Məmmədov, 49 nömrəli Yol İstismarı MMC-nin rəisi Qurban Əliyev, Suvarma Sistemləri idarəsinin rəisi Habil Manafov, MKTTİB-nin rəisi Səfail İmaməliyev, Təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəyiliyinin baş mütəxəssisi Elşad Şükürov, Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayev, Gigiyeva və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Natiq Əliyev, 3 nömrəli Regional Sukanal idarəsinin Astara Sukanal sahəsinin rəisi Anar Baxşıyev çıxış edərək görülmüş işlər barədə ətraflı məlumat vermişlər.  

Sonda icra başçısı Qəzənfər Ağayev tövsiyə və tapşırıqlarını vermişdir:

-yeni tədris ilinin başlanması ilə əlaqədar məktəb və bağçalarda dezinfeksiya işləri yüksək səviyyədə aparılmalı, uşaq bağçalarında çalışanların koronavirus testindən keçirilməsi təmin edilməli, verilmiş ərzaqların keyfiyyətinə tam nəzarət olunmalı, təhsil, mədəniyyət, səhiyyə müəssisələri və uşaq bağçalarının odun yanacağı ilə təmin edilməsi qısa müddətdə başa çatdırılmalıdır.  

-rayon əhalisinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə elektrik transformatorlarına baxış keçirilməli, qəzalı vəziyyətdə olan dirəklərin və naqillərin dəyişdirilməsi üçün lazımi tədbirlər görülməlidir.

-əhalinin fasiləsiz təbii qazla təmin edilməsindən ötrü müvafiq tədbirlər görülməlidir.

-əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə operativ tədbirlər görülməlidir. 

-ictimai yaşayış binalarının tüstü bacalarının təmizlənməsi.

-şəhərin çoxmərtəbəli ictimai yaşayış binalarının zirzəmilərindən qrunt sularının çəkilməsi üçün müvafiq işlər görülməlidir.

- şəhər ərazisində olan bütün mövcud suötürücü kanal və kuveytlər təmizlənməlidir.

-sürüşməyə meyilli ərazilərdə tikintilərin qarşısı alınmalı, bu məsələ ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılmalıdır.

 

Keçidlər