Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada uşaq bağçaları fəaliyyətə başlayır

15 sentyabr 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Uşaq bağçalarının fəaliyyətə hazırlığının vəziyyəti ilə yerində tanış olmaqdan ötrü rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon bir neçə körpələr evi-uşaq bağçalarında olmuşdur. İcra başçısı qeyd etmişdir ki, rayonumuzda olan bütün bağçalar dezinfeksiya olunmuş, bağça işçilərinin koronavirus testindən keçirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

Əvvəlki illərdən fərqli olaraq pandemiya şəraitində fəaliyyətimizi Operativ Qərargahın tapşırıq və tövsiyələrinə ciddi əməl etməklə qurmalıyıq. Bununla əlaqədar  bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaq. Uşaq bağçalarında müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir. Ərzaqların keyfiyyətinə daim nəzarət edilməli, qida rasionuna uyğun olaraq yeməklərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir.

İcra başçısı rayonun körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüşmüş, tövsiyə və tapşırıqlarını vermişdir. Pandemiya dövründə bağçaların fəaliyyətində valideynlərlə qarşılıqlı işin günün tələblərinə uyğun təşkil edilməsinin vacibliyini diqqətə çatdırmışdır.  Qeyd etmişdir ki, hər birimiz daha məsuliyyətli və diqqətli olmalı, gələcəyimiz olan körpələrin sağlam və vətənpərvər böyüməsi üçün əlimizdən gələni etməliyik.

 

 

Keçidlər