Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Şuşa Dövlət Milli Dram Teatrının tamaşası keçirilmişdir

22 iyun 2012 | 15:00

21 iyul 2012-ci il tarixdə Astara rayon Mərkəzi mədəniyyət evində Enurə Abdullayevanın yazdığı “Ağ qayıq” əsəri əsasında Şuşa Dövlət Milli Dram Teatrının eyni adlı tamaşası nümayiş etdirilmişdir.
E.Abdullayevanın “Ağ qayıq” tamaşası Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edir.
Müharibə dəhşətlərini yaşayan iki gəncin saf məhəbbəti və gələcəyə böyük inamı illər keçəndən sonra onları yenidən qovuşdurur. Bu əslində hər gün rastlaşdığımız, tanıdığımız və tanımadığımız yüzlərlə insanın ümumiləşdirilmiş obrazıdır.
Şuşa Dövlət Milli Dram Teatrının aktyorları tərəfindən nümayiş etdirlən əsər tamaşaçıların böyük marağına səbəb olmuş, dəfələrlə alqışlanmışdır.

 

Keçidlər