Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cənub Regional Şöbəsinin seminar müşavirəsi keçirilmişdir

23 iyun 2012 | 15:00

22 iyun 2012-ci il tarixdə Astara rayon İcra hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin əməkdaşları 2012-ci ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması ilə əlaqədar seminar müşavirə keçirmişlər. Seminar müşavirədə rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və aidiyyəti şəxslər iştirak etmişlər. Müşavirədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Zaur Hüseynov və Mərkəzin Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti İzzət İbadov mövzu ilə əlaqədar çıxış edərək iştirakçıları məlumatlandırmışlar.
Müşavirənin gedişində videofilmlərdən istifadə olunmuş, iştirakçılara məlumat blankları paylanmışdır.
Qarşılıqlı dialoq şəklində keçən seminar müşavirədə iştirakçılar sualları cavablandırılmış, arzu və təklifləri dinlənilmişdir.

 

Keçidlər