Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

E L A N

16 aprel 2021 | 16:00

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-ciu il 29 iyun tarixli 759 nömrəli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilmiş aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanmışdır.

Qaydalara əsasən 2021-ci ildə salınacaq yeni intensiv meyvə bağların hər hektrı üçün birdəfəlik subsidiyalar aşağıdakı kimi təyin edilmişdir:

limon bağlarına                       -11000 manat

portağal, narıngi bağlarına      -9000 manat

nar bağlarına                           -5000 manat

zeytun                                     -4900 manat

fındıq                                       -4400 manat

Fermerlər bəyanatlarını 31 may 2021-ci il tarixədək (bağlar il ərzində daha sonrakı müddətdə salınacaq olsa da) Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.

Yeniliklər barədə ətraflı təlimatlar, şərtlər barədə məlumatın əldə edilməsi və müraciətlərin EKTİS-ə daxil edilməsində fermerlərə köməkliyin göstərilməsi Dövlət Aqrar İnkişaf Mərkəzi vasitəsilə də həyata keçirilir.

 

 

Keçidlər