Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilmişdir. Mayın 8-də “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının birliyinin və dövlət müstəqilliyinin rəmzidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində rayonda keçirilən ümumrayon iməciliyi və ağac əkmə aksiyasına mütəşəkilliklə və böyük həvəslə qatılan rayon ictimaiyyətinin nümayəndələri əslində Ulu Öndərə sonsuz məhəbbətlərini ifadə etmişlər.
Mayın 10-da rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.