Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı

03 iyun 2021 | 16:00

ELAN:

Astara rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nəzərinə!

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə və Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Astara Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya üzvlüyə namizədlərin irəli sürülməsi 03 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək (hər qeyri-hökumət təşkilatından 1 nəfər olmaqla) davam edəcəkdir.

Qeyri-hökumət təşkilatları İctimai Şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surəti;

- tərcümeyi-hal;

- qeyri-hökumət təşkilatına üzvlüyünü təsdiq edən sənədin surəti.

 

Astara Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər 24 iyul 2021-ci il tarixdə qeyri-hökumət təşkilatlarının təmsilçilərinin birgə yığıncağında keçiriləcəkdir.

Astara Rayon İcra Hakimiyyəti yanında yaradılmış seçki komissiyası:

 

Əlaqə telefonu:         025-22-5-20-65

Keçidlər