Rayon fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnstitutlarının rəhbərlərinin nəzərinə!
25 iyun 2021 | 16:00
Astara Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 24 iyul 2021-ci il tarixdə saat 12:00-da irəli sürülmüş namizədlər içərisindən Vətəndaş Cəmiyyəti İnstitutlarının bərabər sayda təmsilçilərinin birgə yığıncağında gizli səsvermə yolu ilə seçiləcəkdir.
Vətəndaş Cəmiyyəti İnstitutlarından xahiş olunur ki, 13 iyul 2021-ci il saat 18:00-dək birgə yığıncaqda iştirak edəcək 2 nəfər təmsilçiləri barədə məlumatları (adı, soyaı, ata adı, təvəllüdü, yaşayış yeri və əlaqə telefonu) seçki komissiyasına təqdim etsinlər.