24 iyul 2021-ci il tarixdə Astara Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilər keçirildi
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Astara Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilərin təşkil edilməsi məqsədilə Astara Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il 23 sentyabr tarixli 81-1 nömrəli sərəncamı ilə Astara Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilərin təşkili üçün rayon icra hakimiyyətinin və rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət seçki komissiyası yaradılmışdır.
Astara Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddi seçki komissiyası tərəfindən 11 üzvdən ibarət tərkibdə müəyyən edilmişdir.
İctimai şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 15 nümayəndəsi namizəd kimi qeydə alınmışdır.
İctimai şuranın üzvlərinin seçilməsi üçün vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında iştirak etmək üçün vətəndaş cəmiyyəti institutları tərəfindən təqdim olunmuş 30 nəfər təmsilçi qeydiyyata alınmışdır.
Vətəndaş cəmiyyəti institutlarının 2021-ci il iyulun 24-də keçirilmiş birgə yığıncağında vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən 28 nəfər seçici iştirak etmişdir.
Qutudan çıxmış bütün bülletenlər seçki komissiyasının üzvləri tərəfindən yoxlanılmış və 28 bülleten etibarlı hesab edilmişdir.
Seçkilər nəticəsində ən çox səs toplamış 11 namizəd eyni zamanda birgə yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini topladığına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.9-cu bəndinə əsasən, Astara Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın tərkibinə seçilmiş hesab olunmuşdur.
Astara Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın tərkibinə seçilmiş şəxslər:
1 |
Lətifov Xəlil Abuzər oğlu |
Rayon Ağsaqqallar Şurası |
2 |
Əsədullayev Rüfət Eldar oğlu |
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Rayon Şöbəsi |
3 |
Fərəcova Nuranə Rufulla qızı |
Şəhid Anaları Müdafiə Cəmiyyəti Rayon Şöbəsi |
4 |
Abiyev Əmir Lətif oğlu |
Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Rayon Şurası |
5 |
Dadaşov Orxan Teymur oğlu |
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi |
6 |
Dadaşov Tərzan Məmmədhüseyn oğlu |
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi |
7 |
Ramazanov Hacıbala İsaq oğlu |
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi |
8 |
Əsədullayev Salman Şərafət oğlu |
Suvarma Sistemləri İdarəsi Həmkarlar İttifaqı Rayon Komitəsi |
9 |
Həsənov Rəşad Məmmədağa oğlu |
Təngərüd bələdiyyəsinin Məhəllə Komitəsi |
10 |
Mahmudova Bənövşə İbrahim qızı |
“Nəcib Qızlar” Klubu |
11 |
Hüseynov Cabir Ağamoğlan oğlu |
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rayon Komitəsi |