Şəhid ailələrinin üzvləri və qazilər üçün 31 oktyabr və 01 noyabrda Astara şəhərində tibbi aksiya keçiriləcək.
28 oktyabr 2021 | 16:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Astara Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 8 noyabr Zəfər Günü münasibətilə xeyriyyə aksiyası keçiriləcəkdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən oktyabrın 31-də və noyabrın 1-də Astara şəhərində tibbi xidmət göstəriləcək.
Aksiya Astara şəhərində, dəmir yolu stansiyasında saat 09:00-da başlayacaq. Aksiya zamanı Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin və qazilərin müayinəsi və cərrahiyyə əməliyyatları aparılacaq. Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə edərək problemləri həll etməkdən ibarətdir.