Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

8 noyabr Zəfər Günü

08 noyabr 2021 | 16:00

 Zəfər Günü ilə əlaqədar Astara rayonunda bir sıra tədbirlər keçirilmişdir.

Zəfər Günündə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev,  hüquq mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin abidəsini, Şəhidlərin Xatirə Kompleksini və yeni salınmış Zəfər Parkını ziyarət etmişlər.

Sonra rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Astara park-bulvar kompleksində təşkil olunmuş bayram şənliyinə qatılmışlar.   

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbir iştirakçılarını Zəfər Günü bayramı münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, 8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.

44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın    30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız böyük qələbənin xoşbəxtliyi və sevincini yaşayır.

Şəhidlərimizin müqəddəs ruhlarını anaraq, qalib xalqın və dövlətin bir nümayəndəsi olmağın qüruru ilə sizi  8 noyabr Zəfər Günü münasibətilə təbrik edirəm. Sizə can sağlığı, xoş və firavan günlər, xalqımıza sülh və əmin-amanlıq arzulayıram.

Zəfər  bayramınız mübarək! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!

Tədbirdə təqdim olunan kompozisiya, rəqs və mahnılar, şagirdlərin söylədiyi şerlər, sərgilənən rəsm əsərləri, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi maraqla qarşılanmışdır.

Bayram şənliyi gün ərzində konsert proqramı ilə davam edərək axşam saatlarında atəşfəşanlıqla başa çatacaqdır.

Keçidlər