Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi

12 dekabr 2021 | 16:00
 

Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, müdrikliyi ilə milyonlarla insanı öz ətrafında birləşdirməyi bacaran, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. 

Müasir Azərbaycan tarixinin ən parlaq və ən zəngin səhifələri xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolu və dəyərli fəaliyyəti ilə bağlıdır. Ulu Öndər uzaqgörənliyi və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyinə və sarsılmazlığına nail olmuş, ölkəmizin sürətli, dönməz inkişaf yoluna qədəm qoymasını təmin etmişdir.

Azərbaycan dövləti və xalqı üçün gördüyü möhtəşəm işlərlə, tarixə adı qızıl hərflərlə yazılmış ümummilli lider Heydər Əliyevin xalqımızın ürəyində yeri əbədi və sonsuzdur. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə ən çətin dövrdə hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyinin xilasına, gözlənilən fəlakətlərin sovuşmasına və müstəqilliyimizin əbədiliyinə hərtərəfli zəmin yaratdı.

Heydər Əliyev ideyaları, siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin də zəngin xəzinəsinə çevrilmişdir. Ulu öndər, xalqının əsrlər boyunca həsrətini çəkdiyi, uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirərək müstəqilliyə qovuşdurdu və müstəqil Azərbaycan dövlətinin banisi kimi tarixə düşdü.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, onun layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirməklə xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdi.

Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim nur saçacaq.

12 dekabr tarixində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, inzibati orqanların, idarə, müəssisə və təşkilatların  rəhbərləri Astara şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər güllər qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etməklə bu əvəzsiz insana məhəbbət və sədaqətlərini nümayiş etdirdilər.

Keçidlər