Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada “Dünyada Azərbaycan tolerantlıq modeli” mövzusunda konfrans keçirilmişdir

17 dekabr 2021 | 16:00

   Dekabrın 17-də Astara Rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dünyada Azərbaycan tolerantlıq modeli” mövzusunda konfrans keçirilmişdir.
      Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Çıxış edənlər Azərbaycançılıq məfkurəsinin milli-mənəvi dəyərlər sistemindəki rolunu, dünyaya nümunə kimi təqdim etdiyimiz multikultural dəyərlərin əhəmiyyətini yüksək dəyərləndirərək, ölkəmizdə yaşayan bütün xalqların sarsılmaz birliyinin, xalqımızın tarixi-mədəni irsinin, o cümlədən Azərbaycan dilinin, dini dəyərlərin, adət-ənənələrin, humanizm, sülhsevərlik prinsiplərinin əsas istiqamətlərinin qorunub saxlandığını diqqətə çatdırmışlar.
      Tədbir iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin istehsalı olan “Biz birlikdə güclüyük” sənədli filmini izləmişlər.

Keçidlər